Rayona fayda verə bilməyən qalmaqallı sabiq icra başçısı millətə necə vəkillik edəcək?

Rayona fayda verə bilməyən qalmaqallı sabiq icra başçısı millətə necə vəkillik edəcək?2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonunun icra başçısı Asif Əsgərov da iştirak edəcək. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

A.Əsgərov Azərbaycanda uzun müddət icra başçısı vəzifəsində çalışan şəxslərdən biridir. Əsgərov 2006-2009-cu illərdə Zaqatala və 2009-2015-ci illərdə Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2015-ci ildən isə o, Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısıdır. Əsgərovun deputatlığa namizədliyi qeydə alındığından hazırda seçkiqabağı təşviqatla əlaqədar icra başçısı səlahiyyətlərini icra etmir.

Əsgərov icra başçısı kimi fəaliyyətinə artıq 18 ildir ki, davam edir. Bu müddətdə onun fəaliyyətində müsbət mənada yadda qalan faktlar az olub. Əsgərov daha çox korrupsiyalaşmış, vəzifəsindən öz fərdi məqsədləri üçün istifadə edən şəxs kimi yadda qalıb. İcra başçısı olduğu dövrdə onun fəaliyyəti çox tənqid edilib, Əsgərovun rəhbərliyi həm rayon sakinləri tərəfindən, həm də media orqanlarında tənqidi qiymətləndirilib.

A.Əsgərov oğlu İlham Əsgərli ilə də tez-tez gündəmə gəlib. Oğlu intizamsız hərəkətlərinə, cinayət əməllərinə görə də dəfələrlə xatırlanıb.

2014-cü il sentyabrın 27-də məhz İ.Əsgərlinin idarə etdiyi "Mercedes S 500" markalı avtomobilin Türkan-Zığ yolunda qəza törətməsi nəticəsində "McDonalds Azərbaycan"ın rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişmişdi.

Həmin dövrdə məhkəmə araşdırması zamanı aydın oldu ki, A.Əsgərovun oğlu avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. Hadisə ilə əlaqədar İ.Əsgərli məsuliyyətə cəlb olundu və o, üç il müddətinə azadlıqdan məhrum edildi, lakin İ.Əsgərli cəmi 6 ay sonra azadlığa çıxa bildi.

A.Əsgərov təkcə oğlu ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını "yaşıl soyqrımı"da ittiham ediblər. İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satıb. Sakinlər dəfələrlə bu ağac qırğınına etiraz etsələr də, icra başçısı etirazlara məhəl qoymayıb.

A.Əsgərovun adı rüşvət qalmaqalında da hallanır. İcra başçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını sökdürüb. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan edib ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir.

İndi belə bir şəxs, siyasi reputasiyası müsbət olmayan icra başçısı parlamentə düşməyə, vaxtı ilə rəhbərlik etdiyi Zaqatala rayonunu Milli Məclisdə təmsil etməyə çalışır. Yerli icra orqanlarına uzun müddət rəhbərlik etdiyi dövrdə işi ilə özünü sevdirə bilməyən şəxsin millət vəkili kimi müsbət mənada fərqlənəcəyi inandırıcı deyil.../Sfera.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 945   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr