Heydər Əsədovun Şirvana nə aidiyyatı? – Nazir kimi kəndlinin yanında olmadı, deputat kimi şəhərli üçün nə edəcək…

Heydər Əsədovun Şirvana nə aidiyyatı? – Nazir kimi kəndlinin yanında olmadı, deputat kimi şəhərli üçün nə edəcək…AP-ın 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədisabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. H.Əsədov buna qədər Dövlət Dəniz Akademiyasının rektoru olub.

Anaxeber.info məlumat verir ki, H. Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Keçmiş nəqliyyat nazirinin qardaşı Elton Məmmədov da yenidən deputatlıq həvəsinə düşmüşdü, lakin siyasi qərar müsbət olmadı və geri çəkildi. Müşahidəçilərin fikrincə, bu ailədən yalnız Heydər Əsədova etimad göstərilməsi ilə mesaj verilib ki, bir mandat kifayətinizdir. Əsədova gəlincə, ilk növbədə onun Şirvan şəhərindən namizədliyi qəribə qarşılanıb. Çünki Şirvan əhalisi onu yaxından tanımır, heç zaman bu şəhərlə sıx təmasları olmayıb. Ona görə şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara… İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Çünki Heydər Əsədov Qərbi azərbaycanlıdır, indiki Sisyan (Qarakilsə) rayonunda dünyaya gəlib və Şirvanla yaxından-uzaqdan əlaqəsi olmayıb. Adətən millət vəkilləri öz doğma yurdundan, ən azı daimi yaşadıqları ünvandan namizədliyi irəli sürürlər. Lakin Heydər Əsədov ona aid olmayan yerdən namizəd göstərilib. Hərçənd, bu faktın özü də Əsədova çətinlik yaradır. O, yaxşı tanımadığı bir yerdə təbliğat-təşviqat aparmalı, şirvanlı seçiciləri necəsə inandırmalıdır ki, ona səs versinlər. Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?!
Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin…

Ümumiyyətlə, Şirvan şəhər seçiciləri qeyd edirlər ki, Heydər Əsədov kənd təsərrüfatı naziri işlədiyi 2013-2018-ci illərdə ölkənin aqrar sektorunun gününü "göy əskiyə bükmüş" məmur olub, indi deputat kimi camaatın hansı qara gününə ağlayacaq?! Axı nazir olduğu dövrdə inhisarçılıq, korrupsiya kimi hallarla ad çıxarmış, milyonlar mənimsəmiş H. Əsədov deputat kimi 180 dərəcə dəyişərək mələyə çevrilə bilməz. O baxımdan şirvanlı seçicilər hakim partiyanın namizədinə ümidli deyil.

Onu da demək lazımdır ki, artıq sosial şəbəkələrdə və mətbuatda H. Əsədovun topladığı sərvət, əldə etdiyi biznes açıqlanır, qudası Ziya Məmmədovla işbirliyi, büdcə vəsaitlərini talan etmək və digər neqativ əməllər gündəmə gətirilir.
Misal üçün araşdırmalara görə, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.

Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel alıb.

Yeri gəlmişkən, ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik etmiş Heydər Əsədovun o zaman vəziyyəti heç də pis deyildi: hansı təkliflə çıxış etdisə, dəstək görürdü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı.
Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə "mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə" deməkdən çəkinmədi. İndi kəndçnin yanında olmayan sabiq nazir, deputat kimi Şirvan şəhər camaatının yanında olacaq?
Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı. Gübrə və texnika "dost-tanış" prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda xəbərlər var.
Hətta Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirmişdi ki,
Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi. O demişdi ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi. Həmçinin, sabiq nazirin ərəblərlə ət biznesinə girişdiyi iddiaları səslənirdi. Bir sözlə, belə əməllərin sahibi olmuş milyonçu keçmiş nazir indi Şirvan camaatının deputatı olmaq həvəsindədir. Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1541   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr