Abdin Fərzəliyevin milyon yarımlıq sifariş şübhəli şirkət – Yol təmir edən "Proqress İnşaat En" həm də bayram tədbiri keçirir

Abdin Fərzəliyevin milyon yarımlıq sifariş şübhəli şirkət – Yol təmir edən "Proqress İnşaat En" həm də bayram tədbiri keçirirAbşeron Rayon İcra Hakimiyyətinin keçirdiyi satınalma müsabiqələrində tez-tez qalib seçilən şirkətlərdən biri də "Proqress İnşaat En" MMC-dir.

Reportyor.info xəbər verir ki, bir il ərzində şirkət icra hakimiyyətinin 7 satınalma müsabiqəsinin qalibi seçilib.
Müsabiqələr əsasən təmir işlərinin satın alınması ilə bağlı keçirlib. Lakin "Proqress İnşaat En" şirkətinin qalib seçildiyi iki müsabiqə inşaat sahəsinə aid deyil. Bunlardan biri Qurtuluş Günü, digəri isə Zəfər Günü ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqədardır.
Beləliklə, məlum olur ki, təmir-tikinti işləri ilə məşğul olan "Proqress İnşaat En" MMC həm də bayram tədbirləri təşkil etməklə məşğul olur.

"Proqress İnşaat En" MMC-nin qalib gəldiyi satınalma müsabiqələri üzrə satınalma müqavilələrin ümumi maliyyə dəyəri 1 143 241,99 manatdır.

"Proqress İnşaat En" şirkətinin adına Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında rast gəlinmir. Böyük ehtimalla bu, Dövlət Vergi Xidmətinin saytının yenilənməsi ilə ilə əlaqədardır. Çünki bəzi hallarda axtarış zamanı başqa şirkətlərin də adı çıxmır.

Lakin internet resurslarında apardığımız araşdırmalar zamanı məlum olur ki, "Proqress İnşaat En" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Pivə Zavodu, ev 24/6-da yerləşir. MMC-nin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Məlumatlara görə, Nazim İslamov şirkətin sahibi deyil. "Proqress İnşaat En" MMC Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib.
Yerli mətbuat yazır ki, Eldar Şirinov Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsidir.

Görünür, şirkətin Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərində qalib gəlməsinin sirri budur.
Açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinməyən, maddi-texniki bazasının hansı vəziyyətdə olduğu bəlli olmayan bir şirkətin dövlət satınalmalarında qalib gəlməsini başqa cür izah etmək mümkün deyil.
Bir məqamı qeyd etmək yerinə düşər. "Proqress İnşaat En" MMC Abşeron Rayon İcra Hakimiyyətinin Saray qəsəbəsi Səttar Bəhlulzadə və Çingiz Qurbanov küçələrində yolun əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bu sorğu üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 33 775,55 manatdır.
Bu məbləğə hansısa yolun əsaslı təmir ediləcəyi şübhəli görünür. Biz hələ onu demirik ki, hazırda Sarayda yollar bərbad vəziyyətdədir.

Saray yollarına diqqət etdikdə burada hansısa əsaslı təmirdən söhbət getmədiyini aydın şəkildə görmək mümkündür.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.
Ümumiyyətlə isə Abdin Fərzəliyevin icra başçısı kimi karyerası 2003-cü ildən başlayır. O, Abşerondan əvvəl Nərimanov və Nizami rayonların icra başçısı vəzifəsində işləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1377   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr