Vətəndaşı aldadıb 35 min manatdan çox pulunu MƏNİMSƏDİLƏR
Kiberdələduzlar bir müddət öncə vətəndaşı saxta investisiya saytı adı ilə aldadaraq 35 min manatdan çox pulunu mənimsəyiblər.
Xezerxeber.az-ın məlumatına görə, vətəndaş özü həmin məbləği kriptovalyuta vasitəsilə dələduzlara göndərib və qazanc əldə edəcəyini düşünüb. Ancaq qısa müddət sonra aldadıldığını anlayıb.
"Beynəlxalq kibercinayətkarlıqla mübarizə idarəsi" adı altında vətəndaşa dayanmadan zənglər gəlməyə başlayıb. Ona pulunun guya geri qaytarılacağı deyilib. İtirdiyi 30 min manatı geri almaq üçün ümidlənən vətəndaş bu dəfə isə kart məlumatlarını həmin şəxslərə verib. Nəticədə isə nəinki pulu geri qayıdıb, əksinə, cinayətkarlar onun kartında olan 5400 manatı da oğurlayıblar.
Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara bu cür vədlərə aldanmamağı tövsiyə edir.
Bildirilir ki, bu məlumatların paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər.
Qeyd edək ki, son bir neçə ayda kiberdələduzlar vətəndaşlara milyonlarla manat ziyan vurublar.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 541 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr