Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 310 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ
Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət
30 martMay ayında 14 gün İŞ OLMAYACAQ
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın
31 martŞəmkirdə qadın dərmandan zəhərlənərək ölüb
Şəmkirdə qadın dərmandan zəhərlənərək ölüb. apa-ya istinadən xəbər verir ki, 1974-cü il Z.Həsənova dərmandan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır
31 martBakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)
Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki
1 aprelAprel ayında hava necə olacaq?
Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur
1 aprelAprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31 mart