"Azərenerji" prezidentinin kürəkəni tenderdə 14 milyon manat uddu

"Azərenerji" prezidentinin kürəkəni tenderdə 14 milyon manat udduDövlət Gömrük Komitəsi "FF Construction" MMC (VÖEN- 1500616851) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsi satınalma müqaviləsini tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə, "FF Construction" MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının ümumi layihəsi üzrə yekunlaşmamış işləri, o cümlədən abadlaşdırma və texniki sahəsi üzrə nəzərdə tutulmuş yeni tikinti-quraşdırma işlərini yerinə yetirəcək və bunun üçün Komitədən 14 milyon 92 min 721 manat 60 qəpik alacaq.

Qeyd edək ki, bu müqavilə Gömrük Komitəsi ilə "FF Construction" MMC arasında imzalanan sayca 3-cü müqavilədir. Əvvəlki 2 müqavilə də tender müsabiqəsi keçirilmədən imzalanıb. "FF Construction" 2022-ci ildə yeni inzibati binanın fasadının üzlənməsinin ilkin işləri üçün Komitədən 7,6 milyon manat, 2023-cü ildə isə yeni inzibati binanın telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üçün 4,6 milyon manat alıb.

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş "Kommersiya qurumlarının dövlət reyestri məlumatları"nda "FF Construction" MMC barəsində məlumatlar mövcud deyil.

Əvvəlki reyster məlumatlarında isə qeyd olunurdu ki, nizamnamə kapitalı cəmi 10 manat olan "FF Construction" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.

21 dekabr 2005-ci il tarixində dövlət qeydiyyatına alınan "FF Construction" MMC-nin "FF Şirkətlər Qrupu"na daxil olduğu bildirilir.

"FF Şirkətlər Qrupu"nun "Azərenerji" ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, "FF" ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. "FF Construston" MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.

Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı Ltd" MMC-də baş icraçı direktor olub.

Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.

Onu da qeyd edək ki, "FF Construction" MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir" MMC adı ilə fəaliyyət göstərib.

Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən "Zirə Aqrorark" MMC-nin də direktoru olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 818   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan MN: "İrandan Türkiyə ərazisinə ballistik raket buraxılmasını qətiyyətlə pisləyirik"

"İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik". xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir. "Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliy

30 mart
.

30 min abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 30 min abonentin qazı müvəqqəti dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Belə ki, qaz tənzimləyicisinin təmiri ilə əlaqədar olaraq Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 19, 21, 29, 30, 34, 36 və 45-ci məhəllələri, həmçinin, 1, 2, 5 v

31 mart
.

Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili

31 mart
.

Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinib? - RƏSMİ

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. AQTA-dan -a verilən məlumata görə

31 mart
.

Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

"Elektron Məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib. "Report" xəbər verir ki, sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlə

31 mart
.

Onlar da müəllim işləyə biləcək - Siyahı

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb

1 aprel
.

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu (VİDEO)

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Qaynarinfo -a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hər an dağılmaq təhlükəsi ilə üz-üzədir. Kənd sakinləri bildirir ki

1 aprel
.

"1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib"

"Erməni millətçilərinin mifik "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləv

31 mart
.

May ayında 14 gün İŞ OLMAYACAQ

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın

31 mart