"Azərbaycanda İsrailə aid hərbi bazanın olması ermənipərəst qüvvələrin uydurduğu yalandır" - DEPUTAT
"Azərbaycanda İsrailə aid nə hərbi baza, nə də silah-sursat yoxdur".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, ilk olaraq İngiltərə mətbuatı İran Prezidenti Məsud Pezeşkianın SEPAH-a Azərbaycandakı İsrail obyektlərinə hücum etmək barədə təklifindən yazdı:
"Amma nə İran hökuməti, nə də Pezeşkian belə bir bəyanat verildiyini təsdiq etmədi. Bu gün bəzi qüvvələr Azərbaycan-İran arasında müansibətləri yenidən gərginləşdirməyə çalışır. Görünür, Pezeşkianın azərbaycanlı olması və seçki prosesində azərbaycançılıqla bağlı müsbət fikirlər səsləndirməsi həmin qüvvələri narahat etməyə başlayıb. Məhz buna görə də Azərbaycan-İran arasında nifaq, problem yaratmaq üçün onun adından yalan informasiyalar yazmağa başlayıblar. Düzdür, Pezeşkianın bu fikirələri səsləndirməsi ilə bağlı dəqiq məlumat yoxdur. Amma çox guman ki, Pezeşkianın adından bu cür xəbərlər yayaraq Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirməyə çalşırlar".
Deputat vurğulayıb ki, Azərbaycanda İsrailə aid heç bir hərbi baza yoxdur:
"Azərbaycan dəfələrlə İrana sual veribki, sizin əlinizdə İsrailin Azərbaycanda hərbi bazasının olması barədə dəqiq rəsmi fakt varmı? Varsa belə bir fakt, ortaya qoyun.
Azərbaycanda İsrailə aid hərbi bazanın olması yalanı ermənipərəst qüvvələrin uydurduğu yalandan və ölkəmizə qarşı yönələn şər-böhtan kampaniyasından başqa bir şey deyil. Bu açıq-aşkar Azərbaycan-İran münasibətlərini gərginləşdirmək üçün atılan addımdır. Hər halda İran rəhbərliyi oynanılan bu oyunların fərqindədir. Biz özmüz də ölkəmizə qarşı aparılan şər-böhtan xarakterli kampaniyalarda bir az diqqətli olmalıyıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 513 Tarix: 12 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrNazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabr