Türkiyədə məşhur döyüş oyunundan təsirlənib beş nəfəri yaralayan gəncin dostu danışdı: Səbəb nə idi?

Türkiyədə məşhur döyüş oyunundan təsirlənib beş nəfəri yaralayan gəncin dostu danışdı: Səbəb nə idi?Türkiyənin Eskişehir bölgəsində üzünü maska ​​ilə gizlədərək 5 nəfəri bıçaqlayan 18 yaşlı Arda K.-nın mesajlaşma tətbiqindəki dostu, 17 yaşlı Ayaz Bulut hadisə ilə bağlı danışıb.

Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən bildirir.

Xatırladaq ki, ötən gün Eskişehirin Tepebaşı rayonunda oynadığı məşhur PUBG döyüş oyununun təsiri ilə oyun personajı kimi geyinən, dəbilqə, gözlük və qoruyucu jiletdən istifadə edən, üzünü maska ​​ilə gizlədən 18 yaşlı Arda K. adlı gənc küçədə qarşısına çıxan tanımadığı insanlara hücum edib və 5 nəfəri yaralayıb. Həmçinin törətdiklərini başındakı dəbilqənin kamerası ilə canlı yayımda görüntüləyib.

O, ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Ayaz Bulutun sözlərinə görə, Arda istifadə etdiyi mesajlaşma platformasında ona və digər dostlarına etdiyi qəddarlıqlar barədə danışırmış və bundan zövq aldığını deyirmiş. Bulut ona inanmadığını və xəbəri gördükdə çox təəccübləndiyini bildirib.

"Eskişehirdə insanlara hücum edən şəxs mənim dostum idi. Bir mesajlaşma tətbiqindən dostum idi. Bizə daha əvvəllər də deyirdi ki, gedib partiya binasına "Molotov" kokteyli atacağam, küçədə pişikləri təpikləyirəm, insanların öldürüldüyü videolara baxıram, evimə gələn qonaqların uşaqlarını döyürəm və bunları etmək xoşuma gəlir. Belə qəribə bir uşaq idi", - deyə dostu danışıb.

"Bunun səbəbi ailə sevgisi görməməsi ola bilər. Çünki bizə də bəhs edirdi. "Atam məni döyür", - deyirdi. Amma bunları edəcəyini deyəndə ciddi olduğunu düşünmürdüm. Hətta zarafat etdiyini də zənn edirdim.

Başqa bir dostum xəbəri mənə göstərdi. Hadisəni görəndə çox təəccübləndim. Əlim-ayağım əsdi. Düşünürəm ki, psixologiyası korlandığı üçün bunları etmiş ola bilər.

Oyunu oynayarkən - "Mən bunları real insanlara da etmək istəyirəm. Tezliklə edəcəyəm", - kimi sözlər deyirdi.

Hesab edirəm ki, o, müalicə olunmalı və cəzası nədirsə, çəkməlidir. Ailə sevgisi həqiqətən vacibdir. Uşağınıza biganə olmayın, diqqətdənkənar qoymayın. Dost mühitinə olduqca diqqət edin. Sosial mediadan istifadəsini gözardı etməyin", - deyə Ayaz Bulut vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 983   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

DƏHŞƏTLİ HADİSƏ! Kişi şalvar geyinən arvadını ÖLDÜRDÜ

Türkiyədə kişi arvadını öldürüb. Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb. Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib. Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondak

19 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb

Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd

20 sentyabr
.

İki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı

İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər

14 sentyabr
.

77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb

ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə

21 sentyabr
.

Sabunçu bazarının qarşısında ağır qəza, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls

14 sentyabr
.

Bakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis

23 sentyabr
.

Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO

Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar

24 sentyabr