Suyu gəlməyənlərə vacib XƏBƏR
Sabah günorta saatlarında Bakı üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb: "Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir".
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1075 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ
Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət
30 martAzTV-nin aparıcısına vəzifə verildi
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran
1 aprelSabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq
1 aprelPartlayış səsləri eşidiləcək - MN
31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda
31 martBakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə
31 martBakıda bu ərazilərdə dörd saat işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara
1 aprel