Cəlilabadda məktəbli oğlan həmcinsini zorlamaq istədi - Dəfələrlə cinsi əlaqədə olmağı təklif edib

Cəlilabadda məktəbli oğlan həmcinsini zorlamaq istədi - Dəfələrlə cinsi əlaqədə olmağı təklif edibCəlilabad rayonunda 2009-cu il təvəllüdlü İntiqam, şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində tanışı, 2008-ci il təvəllüdlü Vüsala (ad şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 10-da baş verib. İntiqam həmin gün saat 11:30-da evlərinin qarşısındakı dərənin yaxınlığında qonşusu Vüsalın ona şəxsiyyətini təhqir edərək alçaldan sözlər deməsi və iradlarına məhəl qoymaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun qarnına və bel nahiyəsinə bir dəfə zərbə vurub.

Hadisəni törədən İntiqam barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsal qonşusudur və onunla münasibətləri əvvəldən yaxşı olmayıb: "Vüsal mənim anamın ünvanına nalayiq sözlər işlədərək təhqir etdi. Hadisədən təxminən beş il əvvəl Vüsal mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən bu təklifə razılaşmadığımdan məni döydü və məni biabır edəcəyini bildirdi. Bundan sonra Vüsal mənə dəfələrlə cinsi əlaqədə olmağı təklif etsə də, yenə də razılaşmadım. Hadisə günü səhər saat 11:00 radələrində nənəmgilə gedərkən Vüsal məni çağırdı və yenə cinsi əlaqədə olmağı təklif etdi. Dərə adlanan yerdə Vüsalla görüşdüm. Vüsal öz cinsi orqanını çıxarmaq istəyərkən cibimdən bıçağı çıxarıb onun qarın boşluğuna bir zərbə vurdum ki, məndən uzaqlaşsın. Bıçağı vurduqdan sonra Vüsal yerdə uzanaraq ağlamağa başladı. Özüm isə qorxduğumdan hadisə yerindən qaçdım".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı ətrafda heç kim olmayıb, buna görə də hadisəni heç kim görməyib: "Vüsalın anamı təhqir etdiyindən və özümə cinsi əlaqədə olmağı təklif etdiyindən hadisəni törətmişəm. Vüsalı öldürmək niyyətim olmayıb. İstintaq zamanı ifadə verərkən utandığımdan hadisəni olduğu kimi danışmamışam. Əməlimdən peşmanam".

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində özünü ittiham üzrə qismən təqsirli bilib. Həmin ifadəsində zərərçəkmiş şəxslə zarafatlarına və təhqirlərinə dözə bilmədiyindən evdən özü ilə gətirdiyi bıçaqla bir dəfə onun qarın, bir dəfə isə kürək nahiyəsindən vurduğunu göstərib. Təqsirləndirilən şəxs həmin ifadəsində zərərçəkmiş şəxsin ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hər hansı bir dəlil təqdim etməyib.

İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, fevralın 10-da saat 11:00 radələrində yaşadığı evin yaxınlığında qoyun otaran zaman İntiqam onun yanına gəlib və dərədə tülkü ölməsini bildirib: "Mənə həmin yerə baxmağa getməyimi xahiş etdi. Mən də etiraz etməyərək həmin yerə getdim. Dərəyə çatan kimi İntiqam mənə uzun müddətdir ki, idmanla məşğul olub-olmadığımı, köynəyimi qaldırmağımı xahiş etdi. Mən də əynimdə olan köynəyi qaldırdım. Bu zaman İntiqam əlindəki qırmızı dəstəkli bıçaqla bir dəfə qarın, bir dəfə isə kürək nahiyələrimdən vurdu. Sonra isə oradan qaçaraq uzaqlaşdı. Mən huşumu itirdim, bir daha xəstəxanada ayıldım. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm, onunla barışmamışam".

Zərərçəkmiş şəxs bildirib ki, İntiqamı təhqir etməyib, ona qarşı heç vaxt seksual xarakterli hərəkətlər etməyib: "Bu hadisə Cəlilabad şəhərində evimizin yaxınlığında baş verib. Mən İntiqamı vurmamışam. İntiqam ilə əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. Aramızda olan münaqişə təxminən beş dəqiqə davam etdi. Hadisəni heç kim görməyib".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, İntiqam hadisə törədilən zaman 8-ci sinfin, zərərçəkmiş Vüsal isə 9-cu sinfin şagirdi olublar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 854   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr