"Razi Nurullayevdə bir az tələskənlik olub, belə şeylərdən başqa kampaniyalarda istifadə etmək olar" - AÇIQLAMA
Milli Məclisin VI çağırış deputatı, 81 saylı İmişli seçki dairəsinin deputatlığa namizədi, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin İmişlidə müvəqqəti yerləşdiyi evdə çəkdiyi görüntülər geniş müzakirə yaradıb. Onun yataq otağını seçicilərinə nümayiş etdirməsi, yatağında idman etməsi, paltarlarını sərgiləməsi bir çoxlarının ironiyasına tuş gəlib.
Pravda.az-a fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu isə deyib ki, Razi Nurullayevi tənqid etmək istəmir.
"Seçki ərəfəsində bir çox deputatlığa namizədlər və onların texnoloqları tələskənliyə yol verirlər. 35 ildir, seçki proseslərində iştirak edən adamam, bu məsələlərlə bağlı xeyli təcrübəm var. Təbliğat-təşviqat aparanlara tövsiyə edirəm ki, seçki ərəfəsində elə metodlara əl atmaq lazımdır, seçicilər arasında gərginlik yaratmasın, suallar ortaya çıxarmasın. Eksperimentlər aparmaq yolverilməzdir. Bəzən bizimkilər oxuyurlar ki, İtaliyada, Yunanıstanda, yaxud Yaponiyada hansısa namizəd bu metoddan istifadə edib. O ölkələrdə tamam başqa insanlardır. Bizim insanların üstünlük verdikləri dəyərlər sistemi var. Seçki ərəfəsində texnoloqlar da çalışmalıdırlar ki, insanlar namizədin bir deputat kimi üstün keyfiyyətləri barədə ətraflı məlumat alsınlar. Deputatın vəzifəsi ən çox Milli Məclisdə yüksək səviyyəli qanunların qəbul edilməsi sahəsində çalışmaq, ölkəmizi xarici ölkələrdə, beynəlxalq tədbirlərdə təmsil etməkdir. Deputat öz dairəsi, ölkəmiz üçün sosial problemlərin həllində gücü çatan köməkliyi etməkdir. İnsanlara bu istiqamətdə məlumat vermək lazımdır ki, namizədin hansı sahədə qabiliyyətə malikdir. Razi Nurullayevdə bir az tələskənlik olub. Belə şeylərdən adətən deputatlıqda yox, başqa kampaniyalarda istifadə etmək olar. Deputatlığa namizədlərin kampaniyasında daha məxsusi metodlara böyük ehtiyac var. Bu metodlar namizədin daha çox deputat kimi keyfiyyətini göstərməlidir", - o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1050 Tarix: 16 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr