Azərbaycanlı alimdən "Meymun çiçəyi" ilə bağlı şok AÇIQLAMA
"Meymun çiçəyi" virusunun Azərbaycanda yayılma ehtimalı yoxdur. Bu virusun hələ iki əvvəl geniş elmi təhlilini vermiş, xüsusi təhlükəli infeksiyalara aid olmadığını bildirmişəm".
Musavat.com xəbər verir ki, bunu ATU-nun farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.
Azərbaycanlı alim problemin yenidən gündəmə gətirildiyini nəzərə alaraq, bu məsələyə şərh verib: dirnaq modelleri
"Meymun çiçəyi" virusu "orthopoxvirus"lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun "Qərbi Afrika" və "Mərkəzi Afrika" kimi, potensial fəal iki ştammı mövcuddur. Viruslar bazasında AF 380138 sırası ilə qeydə alınmış 196858 cüt nukleotiddən ibarətdir. Bu ştammların homoloji genom ardıcıllığı 99,83% nisbətində eynidir. Yəni virulentliklərində nisbi fərqlilik olsa da, eyni- identik ştammlar hesab olunur.
Meymun çiçəyi virusunun insanlardan 26 il fasilə ilə alınmış genom quruluşunun (DNT) tədqiqi aqressivliyə səbəb olan mutatik dəyişikliyin baş vermədiyini, hətta makroorqanizm zülalının modulyasiyasını törədən bəzi genlərin yoxluğunu, yəni virusun kontaqiozluq və bioloji fəallığının enən xətt üzrə, zəiflədiyini təsdiq edir.
Müqayisəli təhlil, Mərkəzi Afrika ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan genin qısaldığını, Qərbi Afrika ştammında isə, bu genin olmadığını sübut edir. Digər tərəfdən, "Mərkəzi Afrika" ştammında interferona dözümlülük göstərən elF-2а-ni kodlayan ОРТ C3L qeni inaktiv, Qərbi Afrika ştammında isə, supressiv vəziyyətdədir. Sonuncuda, interferona dözümlülük göstərən DAI-kinasanı kodlayan ОРТ F3L geni də qısalıb. Bu genom dəyişikliyi Meymun çiçəyi virusunun virogen fəallığının adi fəsli infeksiyalardan belə yüksək olmadığını təsdiq edir. Bu virusun hətta yayıldığı endemik ocaqlarda, mütləq yoluxma əmsalı hazırda 1/10000 faiz nisbətində olduğundan, onun lokal ocaqlarda belə epidemiya ehtimalı nisbidir. Ölkəmizdə isə belə bir ehtimal ümumiyyətlə, yoxdur.Bununla, "Meymun çiçəyi" virusu haqqında deyilən və nəyinsə xatirinə yazılanlara birdəfəlik və son nöqtəni qoyuram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1236 Tarix: 16 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr