Uşaqların məktəbə adaptasiyası üçün valideynlər nələr etməlidir? - AÇIQLAMA
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hər il yüzlərlə uşaq məktəbə başlayanda adaptasiya problemi yaşayır.
Bəs bu problemin həlli üçün nələr etmək lazımdır ?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən psixoloq Fidan Nizamova bildirib ki, bu prossesdə valideyinlər uşaqları ilə mütəmmadi maarifləndirici söhbətlər aparmalıdırlar:
"Ümumiyyətlə, adaptasiya müddəti uşaqdan-uşağa dəyişən bir prosesdir. Bəzi uşaqlarda heç belə bir problem yaşanmır, bəzilərində ilk vaxtlar baş versə də, sonradan həll olunur. Elələri də var ki, uzun müddət davam edir. Bu da daha ciddi problemlərə gətirib çıxarır. Adaptasiya müddəti uşaqların temperament tipi, özünəinam, ailə vəziyyəti, valideynlərinin ona olan davranışı kimi səbəblərə görə fərqlənir. Hər uşağın fərqli psixologiyası var. Həyatında ilk dəfə məktəbə gedəcək uşağımıza əvvəlcə məktəbin nə olduğunu, nə üçün olduğunu anlatmalıyıq. Hətta yaxşı olardı ki, uşağın öyrəşməsi üçün valideyinlər öncədən onları məktəbdəki mühitlə, müəllimləri, sinifyoldaşları ilə tanış etsinlər. Çünki bu problem ancaq məktəbə, müəlliminə olan güvənin yaranması ilə həll oluna bilər.
Təssüfflər olsun ki, bəzi valideyinlər uşaqlarına sadəcə təhsil barədə danışırlar. "Bu sənin gələcəyin üçündür, universitet üçündür" və.s. Amma 5-6 yaşında bir uşaq peşə, gələcək kimi şeyləri anlaya bilməz. Uşaqlar üçün bu bir motivasiya deyil ki, mən böyük bir şəxsiyyət olacam, gedim məktəbə oxuyum. Məktəbin uşağınıza olan başqa faydalarını ona izah etmək olar. Məsələn yeni dostlar tapacaq, müəllimlərini sevəcək, çoxlu təzə şeylər öyrənəcək, nə qədər çox bilgisi olsa, o qədər çox hörmət və sevgi ilə qarşılanacaq. Belə bir statusda olmağın nə qədər gözəl birşey olduğunu anlatmaq lazımdır. Özgüvəni yerində olan uşaqlar dərslərini yaxşı oxuyur. Bəzi valideyinlərin uşağın uğursuzluğunu və ya pis oxuduğunu görməyə səbri çatmır. Amma unutmamaq lazımdır ki 5-6 yaşlı bir uşağın oxumaq həvəsi yoxdursa, bu o demək deyil ki, onun gələcəyi yoxdur. Bundan əlavə uşaqlar oxumağı sevməli də deyillər. Heç bir insan oturub dərs oxumağı – bu prosesi sevməməlidir. Bu sadəcə bir öhdəlikdir. Bunu uşaq iki halda edə bilər - ya məcburdur ya öz həvəsi var. Məktəbə adaptasiya olması üçün uşağın gözünü təhsillə qorxutmamaq lazımdır. Valideyinlər uşağın şəxsiyyətiylə, özgüvəniylə bağlı danışıqlar aparmalıdırlar. Onlar övladlarıyla arasındakı emosional bağı gücləndirməlidirlər. Göstərməlidirlər ki, uşaqlarının uğurları və ya uğursuzluqları onlara qarşı münasibətlərinə təsir göstərmir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR