Sosial medianın zərərləri nələrdir ? - AÇIQLAMA

Sosial medianın zərərləri nələrdir ? - AÇIQLAMASosial media sayəsində ikitərəfli qarşılıqlı əlaqə, paylaşma və insanların öz məzmunlarını istehsal etmələri mümkün olmuşdur. Veb saytlar və tətbiqlər sayəsində istifadəçilər bir-biri ilə məlumat paylaşa bilir və hər kəs istədiyi məlumatı əldə edə bilir. Bununla belə, sosial media təkcə fərdlər üçün deyil, həm də qurumların marketinq strategiyalarında mühüm yer tutur. İstifadəçilər internetə çıxışı olan hər yerdə, heç bir vaxt məhdudiyyəti olmadan və yalnız özləri ilə heç vaxt tərk etmədikləri mobil cihazları vasitəsilə sosial mediada paylaşa bilirlər. Bəs texnologiyanın inkişafının yeniliklərlə bərabər bizə gətirdiyi mənfi və zərərli təsirlərdən nə dərəcədə xəbərdarıq ? Bildiyimiz kimi texnologiya günü-gündən inkişaf etdikcə insanların komputerə, mobil telefonlara marağı daha da artır. Gənclərin sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi ciddi sağlamlıq problemlərinə, sosial-mədəni eroziyaya və rejim pozuntusuna səbəb olur. Xüsusilə gənc qrup dediyimiz yeniyetmələrdə ciddi psixoloji deformasiyaya səbəb olur.

Sosial medianın insanların gündəlik həyatlarına mənfi təsirləri nələrdir?

Mövzu ilə bağlı psixoloq Gülər Məmmədli Sonxeber.az -a açıqlamasında bildirib ki, sosial medianın həddindən artıq istifadəsi insanları reallıqdan uzaqlaşdırır:

"Sosial media yeniyetmələrdə texniki bacarıqları artıra bilsə də, sosial bacarıqları və ünsiyyəti azalda bilər və bu sahədə qarşılaşdıqları bəzi mənfi təsirlər belə psixoloji travmalar yarada bilər. Həssaslıq, müqayisə və rəqabət çatışmazlığı özünəinam və sosial narahatlıq kimi psixoloji problemlərə yol açır; Virtuallaşdırılmış gözəllik qavrayışı gənclərdə yemək pozğunluğu kimi təhlükələr yaradır. Çox vaxt sərf edən və asılılıq yaradan sosial medianın istifadəsi, gənclərin həyatına yuxusuzluq, ailəsinə daha az vaxt ayırma və real həyata marağının itməsi kimi bir sıra mənfiliklər əlavə edir. Hər şeydən əvvəl sosial medianın həddindən artıq istifadəsi reallığın təhrif edilməsinə səbəb ola bilər. Qarşımıza çıxan yazılar, fotolar və videolar hər kəsin həyatının mükəmməl, xoşbəxtlik, uğur və macəra ilə dolu olduğu illüziyası yaradır. Başqalarının həyatının ideallaşdırılmış versiyalarına davamlı olaraq məruz qalmaq isə bizi öz reallığımızdan qeyri-adekvat və narazı hiss etdirə bilir. Buna görə də insanlarda gördüklərini təkrarlamaq istəyi yaranır. Onlar sosial şəbəkələrdə reklam olunan həyat tərzinə, geyimlərə, gəzintilərə aludəçi olurlar. Daha ciddi işlərə zaman sərf etmədiklərindən öz boşluqlarını doldurmaq üçün bu yola meyillənirlər. Gördükləri hər geyimi yaraşsa da, yaraşmasa da geyinmək, əslində bəyənmədikləri restoranda dadını heç sevməsə də hamı tərifləyir deyə yemək və.s. sanki bir növ manipulyaysiyaya uğrayırlar. Çünki sosial mediada hər kəs özünü olduğu kimi yox, olmaq istədiyi kimi göstərir. Xüsusən gənc yaşlarda ifrat sosial media istifadəsi zamanı daimi müqayisələr, əldən qaçırmaq qorxusu və mükəmməl bir onlayn şəxsiyyət təqdim etmək təzyiqi zehni rifahımıza zərər verə bilər. Əgər insanlar özlərini adekvat, rasional qəbul etsələr, onlar bu kimi şeylərə enerji sərf etməzlər. Öz həyatlarını olduğu kimi qəbul edər və həqiqətən xoşbəxt olmağa çalışarlar, xoşbəxt görünməyə yox"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 849   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr