"Ermənistan proseslərdən düzgün nəticə çıxarmayaraq qərbdən aldığı tapşırığa uyğun hərəkət edir" - DEPUTAT
Xəbər verdiyimiz kimi Avqustun 16-sı saat 3:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdu.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Ermənistan Silahlı qüvvələri son iki gündə Naxçıvan istiqamətində atəşkəsi pozması onu dəstəkləyən dəstəkləyən qərb koalisiyasının sifarişidir:
"Bu gün bəzi qüvvələr Ermənistandan istifadə edərək Cənubi Qafqazdan vəziyyəti yenidən gərginləşdirməyə çalşırlar. Xüsusilə də COP29-a qədər. Bu təxribatlar Ermənistana ağır başa gələ bilər. Bütün təxribatlara qarşı Azərbaycanın Silahlı Qüvvələri adekvat cavab tədbirləri görərək, düşməni geri çəkilməyə məcbur edir. Ermənistan və onun rəhbərliyi ağlını başına yığmalıdır. Əks təqdirdə Ermənistanın bu təxribatları onun bir ölkə kimi xəritədən silinməsi ilə nəticələnə bilər".
Deputat qeyd edib ki, regionda yenidən gərginlik yaratmaq üçün Ermənistanı sülh müqaviləsini bağlanmamasına sövq edənlər də var: "Ermənistanın silahlandırılması da da təsadüfi deyil. Bu gün qərb bölgədə sülh prosesinə əngəl olaraq hər vəchlə Ermənistanı müharibəyə təhrik edir. Təəssüf ki, Ermənistan proseslərdən düzgün nəticə çıxarmayaraq kor-koranə qərbdən aldığı tapşırıq və əmrlərə uyğun hərəkət edir. Görünür, Ermənistan 44 günlük müharibəsindəki və lokal xarakterli antiterror tədbirlərindəki biabırçı məğlubiyyətlərini unudub. Ermənistan həmin dövrdəki biabırçı məğlubiyyətlərindən dərs çıxararaq təxribatlarına son verməlidir. Yaxşı olar ki, Ermənistan havadarlarının sifarişini yerinə yetirmək əvəzinə tez bir zamanda sülh sazişinin bağlanmasına maraqlı olsun".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR