Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?

Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Prezident İlham Əliyev 2006-cı ilin may ayının 23-də Azərbaycan Respublikasının "Onkoloji yardım Haqqında Qanunu"nu imzalayıb.

Prezidentin 18 il əvvəl imzaladığı bu Qanun onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardımın göstərilməsinin hüquqi əsaslarını müəyyən edir.

Onkoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

"Onkoloji yardım haqqında" Qanuna görə Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində "dövlət büdcəsi vəsaiti hesabına" həyata keçirilməlidir.

Qanunun 4.1-ci maddəsində onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirləri özündə profilaktika, diaqnostika, müalicə və reabilitasiya tədbirlərini nəzərdə tutur...

Bura qədər hər şey gözəldir. Bəs, Azərbaycanda onkoloji vəziyyət, bu xəstəliklərdən əziyyət çəkən ölkə vətəndaşlarının qarşılaşdıqları reallıq və dövlətin bu sahəyə hər il ayırdığı yüz milyonlarla vəsaitin taleyi necədir?

Milli Onkologiya Mərkəzi - Şikayətin və korrupsiyanın ünvanı

Azərbaycanın səhiyyə sistemində vətəndaşların ən çox şikayət etdiyi onkoloji sahədir. Onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin yeganə ümid yeri olan Milli Onkologiya Mərkəzi dövlətin ali instansiyalarına ən çox şikayət olunan qurumlardandır. Hökumət bu sahəyə yuxarıda da qeyd etdiyimiz kimi hər il yüz milyonlarla vəsait ayırmasına baxmayaraq, burada ciddi problemlər qalmaqdadır.

Hökumət çıxış yolu kimi onkoloji sahədə olan problemlərin həllini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil edilməsində görür. Lakin bir neçə ildir ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan bu məsələ öz həllini tapmır.

Qlobal.az xəbər saytının araşdırma qrupu Milli Onkologiya Mərkəzinə ayrılan vəsaitlər, həmçinin bu sahəyə məsul şəxslərinin fəaliyyəti barədə araşdırma aparıb. Araşdırmalar göstərir ki, onkologiya sahəsində olan problemlərin həll olunmamasının əsas səbəblərindən biri bu sahəyə məsul olan səlahiyyətlilərin şəxsi maraqları, maddi mənafeləridir.

Milli Onkologiya Mərkəzinə dövlətin ayırdığı milyonlara kim nəzarət edir?

Milli Onkologiya Mərkəzi hər il müxtılif lotlar üzrə smetası milyon manatlarla ölçülən satınalmalar həyata keçirir. Xüsusi təyinatlı yüklərin, radioaktiv maddələrin, kimyəvi dərman preparatları, laborator reaktivlər, birdəfəlik qablar, dərman vasitələri və digər tələb olunan maddələrın alınması üçün bir çox şirkətlərin xidmətindən istifadə edilir.

Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, ölkəyə əsasən onkoloji dərman vasitələri və preparatları gətirən şirkətlərin başında Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov dayanır.

Uzun illərdir Azərbayacana gətirilən dərman vasitələri və preparatlarının monopoliyasının bir hissəsini əlində cəmləşdirə bilən Kəmaləddin Qafarov həm də Milli Məclisin deputatıdır.

K.Qafarov 2015-ci ildən indiyədək Milli Məclisdə qanunların qəbulu ilə məşğuldur.

O, eyni zamanda, Milli Məclisdə Səhiyyə Komitəsinin üzvüdür.

Yəni ölkə əhalisinin sağlamlığı ilə bağlı qərarların ilkin olaraq müzakirə edildiyi bir Komitədə söz sahibidir.

Deputat olduğu 11 il müddətində Kəmaləddin Qafarov Milli Məclisdə xalqın xeyrinə olan bir kəlmə də kəsməyib. Milli Məclisdə Səhiyyə Komitəsinin üzvü olan bu deputatın danışığını on bir ildir nə eşidən olub, nə də görən.

Deputat Milli Məclisdə keçirdiyi 11 ili düymə sıxmaqla yola verib.

Ona görədir ki, sosial şəbəklərdə Kəmaləddin Qafarov monopolist deputat ayaması ilə yanaşı, həm də "düyməsıxan" deputat kimi tanınır.

Daha dəqiq desək, Azərbaycanda onkoloji xəstələrin müalicəsi ilə məşğul olan bir qurumun - Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini eyni zamanda ölkəyə həm dərman preparatlarının idxalı ilə məşğuldur, həm də qanunverici ali orqan olan Milli Məclisdə deputatdır.

Bir neçə il öncə səhiyyə sistemində köklü islahatlara başlayan hökumət xaricdən aldıqları ucuz, keyfiyyətsiz dərmanları bir tikə çörəyə möhtac olan ölkə əhalisinə baha qiymətlərə sırıyan dərman monopolistlərinə qarşı ciddi addımlar atdı.

Lakin hökumətin apardığı bu islahatdan Kəmaləddin Qafarovun şirkətləri kənarda qaldı. Daha dəqiq ifadə etsək deputat "islahat sunami"sinin cəngindən öz şirkətlərini xilas edə bildi. Təbii ki, bu məsələdə Kəmaləddin Qafarovun harayına ilk olaraq deputat kreslosu çatdı.

Nəticədə isə hələ də ümidlərini allaha bağlamış on minlərlə onkoloji xəstə olan həmvətənlərimiz ortalıqda qalıb. Hər an ölümlərini gözləyən, yaşadıqları hər bir günü son gün kimi yaşayan bu insanların ahı-naləsi Milli Onkologiya Mərkəzinin qarşısında, kolidorlarında ərşə çıxır.

Amma çifayda. Bu sahədə dövlətin məsul etdiyi şəxslər - yəni, Kamaləddin Qafarov kimi bütün səlahiyyətlərindən istifadə edərək milyonlar qazanan oliqarxlar ancaq öz mülklərinin sayını, bank hesablarındakı vəsaitlərin məbləğini artırmaqla məşğuldurlar. Bəlkə də, bu yazıdqlarımız hansısa dəyərli oxucumuza qərəzli görünə bilər. Ona görə də qlobal.az saytının araşdırma qrupu Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus olan şirkətlərin bir neçəsini təqdim edir...

Deputatın "MMC karvanı"

Deputat Kəmaləddin Qafarovun vikipediyasında onun 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışdığı, 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkildiyi, 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edildiyi yazılıb.

Ancaq deputatın bu illər ərzində hansı şirkətdə çalışdığı barədə yazılmır.

Qlobal.az-ın araşdırması zamanı məlum oldu ki, Kəmaləddin Qafarovun bu illər ərzində məşğul oldu şirkət elə onun özünə məxsus olub.

Kəmaləddin Qafarovun 2001-ci ilin yanvar ayında təsis etdiyi "Naturalist" Fərdi Firmasının qanuni təmsilçisi qardaşı Camaləddin Qafarov olub.

Şirkət deputatın yaşadığı Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanında qeydoyyata alınıb.

2010-cu ildə şirkətə Fərasət İbadov rəhbərlik etməyə başlayıb.

İxtisasca həkim-naturapat olan Fərasət İbadov "Naturalist" Fərdi Firmasına bir müddət rəhbərlik etdikdən sonra yerini yenidən Camaləddin Qafarova verib.

"Naturalist" Fərdi Firması hazırda dərman idxalçısı kimi bazarda yerini qoruyur.

Kəmaləddin Qafarovun digər şirkətləri isə birbaşa öz adına olub.

Sonradan diqqətdə olmamaq üçün deputat bu şirkətləri ailə üzvlərindən birinin adına rəsmiləşdirib.

"Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ilin mart ayında təsis edilib.

Şirkətin o zaman qanuni təmsilçisi Kəmaləddin Qafarov olub. Bu şirkət də Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanındadır.

Kəmaləddin Qafarov 2014-cü ildə Milli Onkologiya Mərkəzinə baş direktor vəzifəsinə təyin olunanda "Azəri-Med-MNK" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyini ailə üzvlərindən birinin - Qafarova Canilya Rəhim qızının adına rəsmiləşdirib.

Kəmaləddin Qafarov 2008-ci ilin may ayında daha bir şirkət yaradıb. Bu şirkətin adı "Kanon" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

"Kanon" MMC 2014-cü ilin sentyabr ayında Abbasov Səbuhi Füqar oğlunun adına rəsmiləşdirilib.

İdxalçı olan bu şirkətin hazırda nəzarətində yüzlərlə apteki var.

Deputat Kəmaləddin Qafarovun daha bir şirkətinin adı isə "Mega Pharmacy" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Deputat bu şirkəti 2009-cu ildə təsis edib. Bu şirkətin hüquqi ünvanı deputatın bir zamanlar yaşadığı mənzil olub - Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev 65 A, mənzil 155 ünvanı.

Deputat 2014-cü ildə şirkəti Qafarova Canilya Rəhim qızının adına keçirib. Xaricdən ölkəyə dərman vasitələri gətirən şirkətin Bakı və digər iri şəhərlərdə yüzlərlə aptekinin olduğu bildirilir.

Əlbəttə ki, bütün bunlar Milli Onkologiya Mərkəzində, Milli Məclisdə, Səhiyyə Komitəsində kreslo və tribuna əldə etmiş Kəmaləddin Qafarovun uzun illərdir ki, səlahiyyətlərindən istifadə edib genişləndirdiyi biznesinin görünən hissəsi, daha doğrusu öz adına olanlardır.

Deputatın şirkətində çalışan etibarlı adamların, dostlarının, qohumlarının adına rəsmiləşdirdiyi onlarla daşınan və daşınmaz əmlakların olduğu barədə dəfələrlə yazılıb.

Bu barədə növbəti yazımızda geniş yazacağıq...

Qeyd edək ki, cari ilin yanvar ayında Prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiq edib.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Rəqabət Məcəlləsinin qəbulu bazarlara giriş maneələrini aradan qaldıracağını, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcəyinə ümidlər yaradır.

Ancaq Kəmaləddin Qafarovun timsalında monopolist deputatların, məmurların Rəqabət Məcəlləsinin fəaliyyətinə nə qədər imkan verəcəkləri artıq zaman məsələsidir...
Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?Oliqarx deputatın dərman monopoliyası: "Rəqabət Məcəlləsi" Kamaləddin Qafarovu durdura biləcək?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1031   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr