Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb? – İDDİA
Bir neçə il əvvəl "Lotu Quli" kimi tanınan "Qanuni oğru" Nadir Səlifovun qətlə yetirildiyi hotellə bağlı iddialar yenidən gündəmə gəlib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Nadir Səlifovun öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa" adlı turistik təsis VI çağırış Milli Məclisin deputatı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Malik Həsənova məxsusdur. İddia edilir ki, Malik Həsənov Nadir Səlifovun öldürüldüyü hoteli satıb.
Qeyd edək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.
Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited" şirkətinə satılıb.
Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra "Alva Donna Group" şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Əldə etdiyimiz digər məlumata görə, Sərxan Babayev Malik Həsənovun qeyri-rəsmi ortağıdır. Məlumatlarda S.Babayevin adı çəkilsə də, hotelin arxasındakı əsas fiqur Malik Həsənovdur. Bildirilir ki, Malik Həsənov Sərxan Babayevə himayədarlıq edir. Onların hər ikisinin eyni qrupdan olduqları qeyd edilir.
Xatırladaq ki, Qulinin Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratmışdı. Quli 2020-ci ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülmüşdü.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1489 Tarix: 16 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrBu şəxslər üçün avtobus və metro PULSUZDUR
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr