Var-dövləti ilə göz qamaşdıran NAMİZƏD: Sabir Hacıyevin və oğlunun biznes "imperiyası" – DETALLAR

Var-dövləti ilə göz qamaşdıran NAMİZƏD: Sabir Hacıyevin və oğlunun biznes "imperiyası" – DETALLARParlament seçkiləri ilə bağlı apardığımız araşdırmalarda haqqında bəhs etdiyimiz isimlərin çoxu bu il də mandatını qorumaq üçün əlindən gələni edirlər.

Sözsüz ki, araşdırma apardığımız insanlarla əlaqəli yazılarımızda onların deputatlıq fəaliyyətinin uğursuzluqlarını dəfələrlə göstərsək də, görünən odur ki, haqqında bəhs etdiyimiz şəxslər "ülvi hisslərlə" bağlı olduqları kreslolarından vaz keçmək istəmirlər.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmada indi də Milli Məclisin III, IV, V və VI çağırış deputatı olan Sabir Hacıyevi "qonaq" etdik.

19 ildir deputat olan Sabir Hacıyev, əsasən, parlamentdə susqunluğu ilə yadda qalsa da, o, bütün bunlara məhəl qoymayaraq, yenidən mübarizəyə qoşulduğunu bəyan edib.

88 saylı Göyçay seçki dairəsinin (hazırda 91 saylı Göyçay seçki dairəsidir – red.) 2005-ci ildən deputatı olan Sabir Hacıyev mediada ötən il sədri olduğu Vətəndaş Birliyi Partiyası ləğv edilməsi ilə qalıb. Deyəsən, bir özü, bir də portfeli olan "müxalifətçi" partiyasından vaz keçsə də, deputatlıq şansını itirmək niyyətində deyil.

Xülasə, keçək Sabir Hacıyevin adının mediada hallandığı məsələlərə. Qeyd edək ki, Sabir Hacıyev kifayət qədər imkanı və biznesi olan deputatlardandır. Apardığımız araşdırmalardan da bəlli olur ki, Mərkəzi Amerika ölkəsi olan Belizdə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da həmçinin…

Dövri mətbuatın məlumatlarında qeyd olunur ki, Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev, bir tərəfdən, Karib dənizi, digər tərəfdən də qalın cəngəlliklər ilə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirən zaman 25 yaşı vardı.

"O zaman K. Hacıyev Londondakı "Regent’s Business" məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb Körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır. Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizdə qeydiyyatdan keçirdiyi "Rossmore LTD" və "Firstcity LTD" (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri Beliz siti şəhərinin Corner Eyre və Hudson küçələrinin kəsişməsindəki "Blake Building" ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin adı çəkilir. Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkətin təsis olunduğu da söylənilir", – deyə məlumatda qeyd olunub.

Yazıdan da göründüyü kimi, S. Hacıyev parlamentdəki kürsüsündə səssiz-səssiz oturaraq, bəzi deputat həmkarları kimi Azərbaycanı çapıb-talamaqdansa, arealını bir az da genişləndirib var-dövlətini Mərkəzi Amerikaya daşımağı daha üstün tutub. Sözsüz ki, bizim deputatların bəziləri Milli Məclisdə xalqın dərdinə yanmaqdansa, özlərinə var-dövlət yığmağı əsas vəzifə ediblər. Belə görünür, Sabir müəllim də öz biznes imperiyasını genişləndirməyi üstün tutub.

Mövzunu davam etdirəcəyik…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr