Oğuzun meşələrinin hesabına milyonlar qazanan NAMİZƏD: Eyvaz Qurbanovun biznes sahələri – SİYAHI/VİDEO

Oğuzun meşələrinin hesabına milyonlar qazanan NAMİZƏD: Eyvaz Qurbanovun biznes sahələri – SİYAHI/VİDEOÖlkədə parlament seçkilərinə sayılı günlər qalıb.

"Yeni Çağ Media" olaraq daim doğrunun və ədalətin yanında olduğumuzu oxucularımıza göstərmişik. Parlamentə yatmağa gedən, əlini ağdan qaraya vurmayan, deputat adını qazanıb özünə vəkillik edən çoxunu da daim hədəfə alıb ifşa etmişik. Bu gün də bu missiyamız davam edir və seçkilərə qədər namizədlərlə bağlı fikirlərimizi sizinlə bölüşəcəyik.

Yenicag.az-ın seçki marafonu ilə əlaqədar başlatdığı rubrikada bu gün "qonaq" etdiyimiz şəxs bu ilin iyulun 16-da Prezidentin Sərəncamı ilə Oğuz rayonunun icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Eyvaz Qurbanovdur.

Namizədliyi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov uzun müddət Oğuz rayonuna rəhbərlik edib. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. E. Qurbanov 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Milli Məclisin III çağırış deputatı olub.

Apardığımız qısa araşdırma nəticəsində, təəssüflər olsun ki, Eyvaz Qurbanovla bağlı da xoş sözlərin yazılmadığının şahidi olduq.
Onun 13 illik icra başçısı fəaliyyəti dövründə Oğuzda həyata keçirdiyi "möhtəşəm əməllər" ilə bağlı dövri mətbuatda gedən yazını olduğu kimi təqdim edirik:

"Oğuz rayonu icra hakimiyyətinin başçısı Qurbanov Eyvaz Daşdəmir bu illər ərzində Oğuzun meşələrinin hesabına milyonlar qazanıb və yaşıllıqları məhv edib. İcra başçısının qardaşı Mahir Qurbanov Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş, qum-çınqıl istehsal edən şirkət sahibidir. Dəfələrlə Ekologiya Nazirliyi ona xəbərdarlıq etsə də, faydası olmayıb. Mahir Qurbanov da qardaşı kimi ağacları məhv edir, ekologiyaya ciddi ziyan vurur, çayın təbii yatağını məhv edir.

İndi isə keçək icra başçısının qudası Elşad Yusifovun əməllərinə. Bəli, Eyvaz Qurbanovun qudası, maliyyə idarəsinin rəisi olan Elşad Yusifov dövlət vəsaitlərini talayır, tenderləri öz yaxın qohumlarına, dostlarına verirlər.

Oğuzlular deyir ki, icra başçısı ancaq öz qohum-əqrəbası üçün çalışır. Rayonda təmir-tikinti, abadlıq adı altında milyonlarla dövlət vəsaiti mənimsənilir.

Təsəvvür edirsiniz, icra başçısı Calut yolunun üstündəki 3 hektar ərazini qanunsuz olaraq satıb. İcra başçısı Oğuzun mərkəzində özü üçün ikimərtəbəli böyük ticarət mərkəzi tikdirib. Deməli, icra başçısının bütün obyektləri yaxın qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satır. Dövlətin Oğuzdakı yola ayırdığı 4.5 milyon manat mənimsənilib.

Bu adam özü oğuzlu olsa da, sanki bu yurda qənim kəsilib. İcra başçısının adamları gün ərzində Oğuz meşələrindən ən azı 20 "KamAZ" odun daşıyırlar. Bir "KamAZ" odunun qiyməti isə 600 manatdır. Dövlətin yol tikintisinə ayırdığı pulların hesabına icra başçısı Oğuzun kəndlərinin birində 3 mərtəbəli villa tikdirib. Rayondakı bütün yol, tikinti, inşaat, abadlıq işləri ancaq iki şirkətə verilir: "Rövşən Oğuz Qrup" və "Uğan" MMC. Bu şirkətlər də icra başçısının özünə yaxın şəxslərə məxsusdur. Biz hələ icra başçısının müavininin atributlarımıza qarşı olan hörmətsizliyindən danışmırıq. Sözün qısası, icra başçısı, qardaşı və qudası 11 ildən çoxdur ki, Oğuzu məhv edirlər".

Yazıdan da göründüyü kimi, Eyvaz müəllimlə bağlı oğuzluların xatirəsində elə xoş anlar yoxdur. Belə olan təqdirdə, 13 il bir rayonu çapıb-talamış adam bu gün niyə həmin ərazidən deputat seçilmək istəyir? Ümid edirik ki, Eyvaz müəllim suallarımızı cavablayar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1644   Tarix: 16 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr