Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi

Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbiBakıdan regionlara, xüsusilə gömrük-keçid məntəqələrinə yaxın bölgələrə reallaşdırılan sərnişindaşıma fəaliyyəti ilə bağlı vaxtaşırı şikayətlər səsləndirilir.

Belə bir şikayət Oxu.Az-ın redaksiyasına da daxil olub. Vətəndaşların iddiasına görə, avqustun 10-da müxtəlif saatlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Qazaxa yola düşən iki avtobus (birinin marşrutu Qazax rayon mərkəzi, digəri Kəmərli kəndinə qədər olub) sərnişinləri mənzilbaşına çatdırmayıb. Sərnişinləri Qazaxın "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yaxın kəndlərinə çatdıracaqlarını vəd edən sürücülərdən biri onları Ağstafada, digəri Qazaxda düşürüb. Sürücülər sərnişinləri başqa avtobusa və taksiyə mindirərək yola salıblar. Bəzi sərnişinlər isə taksinin pulunu verərək öz hesablarına getməyə məcbur olublar. Sərnişinlər iddia edirlər ki, xüsusilə axşam reyslərində bu cür hallar tez-tez yaşanır. Sürücülər beş-altı sərnişinə görə Qazaxa, onun kəndlərinə, "Qırmızı körpü"yə getməyi vaxt itkisi sayırlar. Onlar deyirlər ki, sürücülər sərnişinləri yarıyolda düşürəndə avtobusda nasazlıq yarandığını bəhanə edirlər.

Araşdırmamız zamanı məlum oldu ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələdə məsuliyyət daşıyan qurumlardır. Sərnişinlər bileti BBAK-dan alırlar, amma yolda qaldıqları təqdirdə buna BBAK məsuliyyət daşımır. Çünki bu qurum, sadəcə, Bakıdan yola salınmanı təmin etməlidir, qalan məsələlər daşıyıcı şirkətlərin məsuliyyətindədir.

Bəs bu daşıyıcı şirkəti necə tapmaq lazımdır? Sürücülər onlardan şikayət etmək istəyən sərnişinlərə şirkətin əlaqə məlumatlarını verəcəklərmi? Ümumiyyətlə, sərnişinlər müxtəlif daşıyıcı şirkətləri tanımağa məcburdurlarmı, yoxsa iradlarını bildirəcəkləri vahid qurum mövcuddur? Avtobus sıradan çıxdığı halda sərnişinlər hansı addımı atmalıdırlar, məsələ necə nizamlanmalıdır? Sürücülərin yönəltdikləri başqa taksidə və ya avtobusda sərnişinlərin başına iş gəlsə, neqativ hadisə olsa, məsuliyyət kimin üzərində olacaq? İstiqamətlər üzrə daşıyıcı şirkətlər necə seçilir? Onlara hansı şərtlər qoyulur? Sərnişini müxtəlif bəhanələrlə yarıyolda qoyan sürücüləri və daşıyıcı şirkətləri hansı inzibati məsuliyyət gözləyir?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı adıçəkilən qurumların mövqeyini öyrənib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Rövşən Əliyev bildirib ki, BBAK öz avtobusları olmadığı üçün daşıyıcı şirkətlərlə çalışır:

"Neqativ hal olduğu təqdirdə daşıyıcı şirkətlərlə bu məsələni aydınlaşdırırıq. Avtobus sıradan çıxanda əlavə avtobus çağırılmalıdır.

Proses belə nizamlanır: istiqamətlər üzrə tenderdə qalib gələn sahibkarlar əsas və əlavə avtobuslarını göstərirlər. Tenderi Bakı Beynəlxalq Avtovağzal Kompleksi yox, AYNA həyata keçirir. Tenderdə qalib gələn sahibkarlar BBAK-a yönəldilirlər. Biz isə həmin istiqamətlər üzrə biletlərin satışını həyata keçiririk. Bu məsələdə AYNA-nın da məsuliyyəti var. BBAK-ın biletin satılması və avtobusun vağzaldan yola salınmasına qədər məsuliyyət zonası mövcuddur. Avtobusun, daşıyıcının, sürücünün qanunsuz hərəkəti artıq bizim səlahiyyətimizə aid olan məsələ deyil. Şikayət olanda paralel olaraq məsələni AYNA-ya yönəldirik".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, təqdim edilən məlumatlar əsasında araşdırma aparılıb, şikayət təsdiqini tapmayıb:

"Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 14:45-də yola düşən reys Bakı-Qazax marşrutudur və son təyinat nöqtəsi məhz Qazax şəhəridir. Bu marşrut "Qırmızı körpü"yədək uzanmır.

Digər müraciətlə bağlı isə bildiririk ki, Qazaxın Kəmərli kəndinə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumiyyətlə avtobus reysi mövcud deyil.

Bu cür məsələlərin hərtərəfli və dolğun araşdırılması üçün vətəndaş tərəfindən getdiyi marşrut üzrə biletin təqdim edilməsi vacibdir. Vətəndaşlar yaranan suallarla bağlı AYNA-nın "141" Çağrı Mərkəzinə müraciət edə bilərlər".

Məlumat üçün bildirək ki, BBAK-ın saytında Qazax (Kəmərli) istiqaməti qeyd edilib.
Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbiAvtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbiAvtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1235   Tarix: 17 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr