Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."

Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki...""Bu gün 74 yaşım tamam olur.. Gələn il yubiley doğum günümdür. Müalicələrdəyəm, vəziyyətim heç də yaxşı deyil. Dost-tanış zəng edib soruşur, təbrik edir, maraqlanır. Xəstəlikdən başım açılmır ki, sevinim.. Bu xəstəlik elədir ki, gündən-günə ağrılar şiddətlənir. Dərmanla yaşayıram. Gələn ilə sağ qalsam arzularım var. Sənətlə bağlı, nəvəmlə bağlıdır. Analizləri verəcəm, görək nə çıxır? Əvvəlki kimi yemək yemirəm. Evin içindəyəm, güc-bəla ilə gəzirəm. Evdəkilər hər zaman yanımdadır, məni tək buraxmırlar"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. Görkəmli aktyor bildirib ki, bütün ömrünü kino yolunda fəda edib.

"Mənim iki həyatım olub. Kino mənim şəxsi həyatımı da üstələyib. Kinoya canımı, sağlamlığımı vermişəm. Peşman da deyiləm. Bu gün dövlətim əməyimi yüksək qiymətləndirib məni hər şeylə təmin edib. Bəzən oturub o köhnə illəri yada salıram. Öz-özümə fikirləşirəm ki, görəsən bunlar mənim həyatımda baş verib?! Böyük sənətkarlarla tərəf müqabili olmağım mənim üçün unudulmaz bir hadisə olurdu. "Yeddi oğul istərəm" filmindən hazırda 3 qardaş-mən, Rafiq Əzimov və Əbdül Mahmudbəyov həyatda qalmışıq. Bütün filmlərim, rollarım mənim üçün əzizdir. Cəlalı bir başqa çox istəyirəm, Şahbazı bir başqa, Muradı da bir başqa.. "7 oğul istərəm"- də belə bir səhnə var idi ki, mən aktyor İsmayıl Osmanlıya şillə vurmalı idim.. İnanın oturub-fikirləşdim, rejissora dedim, dedi ki, bunu mütləq etməlisən. Mən də İçərişəhərdə qalırdım. Bizim məhəllədə böyüyə hörmət var idi. Bunu kinoda görsəydilər mənim özümə münasibət birmənalı olmazdı... Ona görə də bu səhnəyə çəkiləndən sonra rejissordan xahiş etdim ki, o hissəni filmdən çıxarsın. Tofiq Tağızadə güc-bəla ilə bunu filmdən çıxardı. Deyirdi ki, filmin məğzini itirirsən" deyə sənətkar bildirib.

Ənvər Həsənov Türkan Şoray, Jerar Depardye, Kadir İnanırla dostluq əlaqələrindən də danışıb.

"O illərdə Sovet filmləri həftəsi keçirilirdi. Türkiyənin məşhur sənətkarları Türkan Şoray, Kadir İnanır, Fatma Girik də festivalda iştirak edirdi. Mən də bir film ilə Sovet ölkələrində məşhur olmuşdum. İstər Türkan xanımla, istərsə də Kadir İnanırla o illərdə yaxın idik. Daha sonra Türkan Şorayla Kadir İnanır Azərbaycana gəldi. Bakıda onları mən gəzdirirdim, günümüz birlikdə xoş keçirdi. Türkan Şorayla Kadir İnanır mənə öz fotolarını imzalayıb verdilər. İndiyə qədər də mən o fotoları yadigar saxlayıram. Türkan Şoray mənə hədiyyə etdiyi şəkilə yazmışdı ki, "Ənvərə böyük sevgilərimlə". Türkan başıma elə oyun açdı ki.. (gülür). Ona görə həyat yoldaşım az qala məndən ayrılırdı, çox qısqanc qadın idi. Bu da sevgidən irəli gəlirdi. Mən həmişə demişəm, bizim sevgimiz mən öləndən sonra da yaşayacaq. Jerar Depardyeni bağımda qonaq etmişəm" deyə o bildirib.
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1429   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi - FOTO

Bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında tanınmış repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılmışdı. Respublika Psixiatriya Xəstəxanası yayılan iddiaları təkzib etsə də, Səhiyyə Nazirliy

13 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi

Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır

18 sentyabr
.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr