"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"

"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər""Əvvəllər İlhamə xanımla münasibətim çox da yaxşı olmayıb. Çünki zamanında o mənə bir çox televiziyalarda qadağa qoydurmuşdu. Dünyasını dəyişməzdən 5 il öncə Speys tv-də yeni il çəkilişində görüşdük. Mən də gənclərin arasında idim. İlhamə xanım baxıb dedi ki, bilirsən də səni çox istəyirəm?! Mən də gənc, başı alovlu idim. İstehza ilə dedim ki, "hə, çox yaxşı görürəm". Dedi ki, yox, sən çox yaxşı qızsan, sən atəşsən. Hətta "Atəş" mahnısını çəkilişdə mənimlə birgə oynayıb, oxudu. Bu görüşdən sonra münasibətimiz çox yaxşı oldu. Bir çox dövlət tədbirlərində, seçki kampaniyalarında iıtirak edirdik. Bu gün həqiqətən İlhamə xanımın yeri çox görünür. Həqiqətən şir bürcü idi. Çox gözəl, kübar xanım idi. O özü üçün, həyatı üçün, ətrafı üçün yaşadı. O istədiyi kimi hərəkət edirdi. Mən güclü qadınları sevirəm. Onlara vaxtında kənardan baxıb örnək götürmüşəm. Hər şeyin sahibi dəyişir. Bir gözəl priça var. 120 il bundan sonra biz aldığımız evlərdə yaşamayacağıq. 120 ildən sonra gərək sən nə qədər böyük dahi insan olasan ki, səni hansısa dərslikdə kimsə xatirinə salsın. 120 il sonra çox şey olmayacaq. Ona görə hökmranlıq edirsən ki, bu aləmdə səndən çəkinsinlər. O kişinin qızı da zamanında hökmranlıq edib"

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra əlavə edib.

"Vaxtilə İlhamə xanımın əlini öpənlər indi rəfiqə olublar. Axı indi ölüb! Bir yaxını da yoxdur ki, basıb gözlərini çıxartsın. Hər yerindən qalxan İlhamə deyir. Onların "duxu" olsaydı onun sağlığında deyərdilər ki, Roza Zərgərli özünü İlhamə Quliyevaya oxşadır. İlhamə xanım onların payını özü verərdi. Gör dünyanın harasıdır ki, İlhamə xanımın qəbri üstündə mahnı oxuyur, klounluq edirlər. Onun sağlığında mahnısını kimsə oxuya bilərdi? Əlbəttə ki, yox! Dünyanı dağıdardı. Şou-biznes aləmi indi çox acınacaqlı vəziyyətdədir. Onun üçün mən kənara çəkilib, işlərimi görürəm, tamaşaçılarla ünsiyyətdə oluram. Nə bu camiyənin insanları ilə dostluq et, nə də yaxınlıq et. Bir-iki nəfər barmaqla sayılası dostlarım var, qalanı boş şeydir. Salam-sağ ol. Çünki durduğun yerdə problemə düşürsən" deyə müğənni bildirib.
O daha sonra "Deyirlər ki, şou-biznesdə İlhamə Quliyevanın yerini Roza Zərgərli tutub. Bu həqiqətdirmi? sualına müğənni belə cavab verib.

"Bəziləri İlhamə xanımdan sağlığında o qədər qorxurdular ki, o olmayanda da xoxan axtarırdılar. Birincisi mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm. Bu o səbəbdəndir ki, o İlhamə xanım Quliyeva idi, mən isə Roza xanım Zərgərliyəm. İlhamə xanım istədiyi zaman kiminsə başını ağrıda bilərdi, mən isə Allah adamıyam. Əl altından iş görmürəm. O demək deyil ki, İlhamə xanım əl altından iş görüb. Mən açıq savaşıram. Xoşuma gəlməyən insana açıq şəkildə bunu deyirəm. Biz tamam fərqli-fərqli qadınlarıq. Bəli, zahirən, xasiyyətcə oxşadırlar. Sözü üzə deyən insanlarıq. Amma bu o demək deyil ki, mən kiminsə yerində ola bilərəm. Zamanında mənim də yerimdə heç kim gəlib otura bilməz. Hərənin fərqli yeri var. O bizim sənətkarımız olub. Bəlkə də şou-biznesdə cavanlar içərisində ən çox incitdiyi mən olmuşam. Amma münasibət düzələndən sonra hər zaman onu sayıb-seçmişəm. Hətta "Bakı vaxtı ilə" verilişinə 2014-cü ildə təqdimat edəndə İlhamə Quliyeva özü şəxsən gəlib, xeyir-dua verdi. Onda bildim ki, bu qadının ürəyi mənimlə düzəlib. Bəlkə də kimlərsə aramıza girmişdi, sonradan başa düşmüşdü" deyə müğənni bildirib.

Qeyd edək ki, bu gün xalq artisti İlhamə Quliyevanın doğum günüdür.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1876   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Hakan Sabancı Bakıda

Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib. Axşam.az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürkl

25 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Bülent Ersoyun estetik əməliyyatdan sonrakı görünüşü gündəm oldu: "Mənə abla deməyin"

Türkiyənin məşhur sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü və diqqətçəkən açıqlaması ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Ersoyun Kuşadasında baş tutan konserti zamanı yaşanan hadisə də geniş müzakirələrə səbəb olmuşdu. Səhnəy

7 sentyabr
.

Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var

"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"

22 sentyabr
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20 sentyabr
.

Tacir Şahmalıoğlu əməliyyat olundu

Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə

21 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr