Laçında at oynadan Qazaxlı İbrahim "XAN"IN "KASPİYON ROAD" MMC-Sİ -DE-FAKTO

Laçında at oynadan Qazaxlı İbrahim "XAN"IN "KASPİYON ROAD" MMC-Sİ -DE-FAKTOUlu öndərin layiqli varisi, Ali Baş Komandan İlham Əliyev dünyanın siyasi arenasında çox sanballı və önəmli yer tutur.

Belə ki, dünyanın ən güclü, nəhəng ölkələrinin siyasi liderləri cənab Prezidentimizlə hesablaşır, ondan çəkinirlər. Çünki Prezidentimiz xalqımızın xəlqi oğlu və çox böyük bir şəxsiyyətdir. Onun dünya siyasətində öz xüsusi yeri və çəkisi vardır. Və bir də, cənab Prezident nəyi, necə və nə vaxt etməyi hamıdan dəqiq, yaxşı bilir. Xalqımız əsrlərdən bəri bizə məxsus olan əzəli torpaqlarımızı itirə-itirə gəlirdi. Tarixin bizim olan İrəvan xanlığında Rusiyanın yaratdığı Ermənistan adlı "dövlət" 34 il əvvəl rus imperatorluğunun kömək və dəstəyi ilə minlərlə azərbaycanlı türkünü qanına qəltan edib, torpaqlarımızın 20 faizdən çoxunu işğal etdi. Öz doğma torpağında 1 milyona yaxın həmvətənimiz məcburi köçkün oldular. Düz 30 il bu bir milyonluq vətəndaşları çörək, iş və yaşayış yeri ilə təmin edib, hərtərəfli qayğılarını, dərdlərini çəkən Prezident İlham Əliyev, eyni zamanda dünyanın çox güclü ordularından birini qurdu. Ordumuz ən müasir hərbi silahlarla təmin olundu. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik və milli siyasətinin ətrafında birləşərək dəmir bir yumruğa döndük. Cənab İlham Əliyevin hərb siyasətində biliyi, yeniliyi və olduqca təmkinli əmri ilə ordumuz qarı düşmənin üstünə qartal kimi şığıdı. Qorxunun nə olduğunu bilməyən qəhrəman Azərbaycan oğulları cəmi 44 gün ərzində torpaqlarımızı düşmənin cəngindən qurtardılar. Taleyimizdə, tariximizdə ilk dəfə olaraq itirilmiş torpağımız Vətənə qaytarıldı. Bütün dünya İlham Əliyevin necə mərd, qorxmaz, bilikli, ağıllı bir Prezident və Ali Baş Komandan olduğundan danışdı... Vəhşi, insanlıqdan xəbərsiz olan düşmənlərimiz haylar, rayonlarımızı, kəndlərimizi, qəbristanlıqlarımızı viran qoyub, yerlə yeksan etmişdilər. Ata vəsiyyətinə bir oğul, əsl kişi kimi əməl edən İlham Əliyev Vətənimizin döyünən ürəyi, mənəvi dəyərlər mənbəyi olan Şuşamızı azad etdi, bizə qaytardı. Dost da, düşmən də gördü ki, biz necə qorxmaz, qeyrətli, döyüşkən, qürurlu bir xalqıq. Və xalqımızın böyük oğlu İlham Əliyev uzaqgörən siyasətində yeni bir mərhələni həyata keçirməyə başladı. Azad olunmuş torpaqlarda şəhərlər, kəndlər müasir zamanın arxitekturasına cavab verən üslubda, milli ornamentlərlə zəngin olan səviyyədə tikilməyə, yenidən salınmağa başladı. Bütün Qarabağ geniş tikinti meydanına çevrildi. Prezidentimiz azad olunan torpaqlarımızın dirçəlib yenidən həyata qayıtması, həmvətənlərimizin yeni, müasir evlərdə xoş, firavan yaşamaları üçün milyonlarla vəsait ayırdı. Bütün şüurlu ömrünü xalqın rifahına həsr edən Prezident gecə-gündüz yatmır. Hər şeyi nəzarətdə saxlayır. Gündə istifadəyə verilən əhəmiyyətli bir binanın, obyektin açılışını edir.

"Seaport Catering" şirkəti "Caspian Road"ı məhkəməyə verib | FED.az

Qarabağın dirçəlişi üçün ayrılan bu pulların bir hissəsini Azərbaycan oğulları, bu torpaq uğrunda cavan canını fəda edən şəhidlərimizin yaxınları, qohumları buradakı tikintilərdə minbir əzab-əziyyətlə qazanır, hər cür rahatsızlığa və şəraitsizliyə kişi kimi sinə gərir, çətinliyə dözürlər. Amma bəzi məmurlara bənzəyən tikinti rəhbərləri fəhlələri aldadır, pulunu vermirlər. Belə ki, Ağcabədi rayonunun Salmanbəyli kənd sakinləri Cahangir Əli oğlu Əhmədov, Ülvi Cahangir oğlu Əlizadə, Adil Əli oğlu Əhmədov, yenə həmin rayonun Aran kənd sakini Taleh Nəsib oğlu Hüseynov, Yeni Qaradolaqdan Fehruz Paşa oğlu Məmmədov, Kürdəmirdən Cəsarət, Güzdək qəsəbəsindən Füzuli Osmanov, Sədulla Yarıyev, Cəlilabaddan Elşən, Ağdamdan Emin Qarayev Laçın şəhərində xəstəxananın bərpasında aprel ayının 5-dən may ayının 20-nə kimi "Kaspiyon Road" şirkətində malyar və fəhlə kimi çalışıblar. Amma nədənsə bu şirkətin hesabdarı Elşən ( tel: 050 264-06-08), iş icraçısı İsa ( tel: 050 241-99-53) və "baş qəhrəman"ımız, şirkətdən iş götürüb, fəhlələri işlədib, pullarını mənimsəyən, verməyən podratçı İbrahim Musa oğlu Nəbiyev ( tel: 050 329-69-25, 077 516-19-09) Laçında fironluq edir, işçilərin başına min oyun açırlar. Bu işdə xüsusi ilə İbrahim canfəşanlıq edir, fərqlənir. Şirkətin adı ilə adamları portaldan keçirib işlədir. Sonda da deyir ki, mən əmim generaldır. Mən heç kimdən qorxmuram. Hara istəyirsiniz, gedin şikayət edin.

Əvvəla onu qeyd edək ki şirkətdə fəhlələr üçün yaradılan şərait qənaətbəxş deyil. Çarpayılardakı döşəklər keyfiyyətsizdir. "Yorğan"lar parça arasına doldurulmuş pambıqdan ibarətdir. Və çox gödəkdir. Yastıq, döşək üzü, mələfədən söhbət gedə bilməz. Çünki fəhlələrə onları verən yoxdur. Yeməkləri də keyfiyyətsiz, təsadüfi adamlar tərəfindən bişiriləndir. "Kaspiyan Road" şirkətində fəhlələrə verilən "yeməklər"i itə atmaq mümkündür.

İbrahim Nəbiyev fəhlələrlə kobud, əl-qol ilə danışır, hədə-qorxu gəlirdi addımbaşı. Tez-tez fəxrlə əmisinin general olduğunu bildirir və heç kimdən qorxmadığını vurğulayırdı. Laçında xəstəxananın bərpasında çalışan fəhlələr şikayət etmədikləri qurum, yer qalmadı. Hətta sonda Prezidentə də teleqram vurub İbrahim kimilərinin onların halal zəhmətlə qazandıqları pullarını mənimsədiyini bildirdilər. Prezident Administrasiyasından onları Bərdədəki Regional Prezident nümayəndəliyinə (Bərdə rayon İcra Hakimiyyətinin binasında 2-3 nəfər işbilməz gənc guya burada çalışırlar) yönəltdi. Bu nümayəndə isə icra hakimiyyətində növbətçi olan polisin müdaxiləsi ilə Bərdədəki Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional şöbəsinə göndərdilər. Burada şikayət ərizəsi alınıb müraciət edən fəhlələr yola (uzaga) salındılar...

Təəssüf ki, Laçında inşaatçı adı altında başqa işlərlə məşğul olan, fəhlənin başına oyun açıb, qazandığı pulu verməyən qazaxlı Nəbiyev İbrahim Musa oğlunun "Gedin, hara istəyirsiniz şikayət edin, fərqi yoxdur, siz məndən pul ala bilməyəcəksiniz" deməsi səbəbsiz deyilmiş. O, Qarabağda tikintilərdə iş gördürənlər tərəfindən edilən özbaşınalıqdan yuxarıdakı bəzilərinin də xəbərdar olduğuna işarə edirmiş...(Tezadlar)

P.S. Yazıya 2 şəkil əlavə edirik. Biri fəhlənin hansı şəraitdə işlədiyini təsdiqləyir. O biri şəkil isə İbrahim Musa oğlu Nəbiyevin şəklidir. Qoy kim ona rast gəlsə, tanısın və Şuşada, Laçında at oynadan bu insandan uzaq olsunlar. Bizdən demək...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1040   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr