Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:nə hesab var, nə hesab soran...

Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:nə hesab var, nə hesab soran...MSK maliyyə şəffaflığını təmin etməkdə borcludur: başqa yol yoxdur və olmamalıdır da!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) adlı qurumun fəaliyyəti bəllidir: mənalı-mənasız, faydalı-faydasız, zərərli-zərərsiz... 34 ildır ki, Azərbaycan insanı MSK-nın "seçki", "referendum" adlı məzhəkələrinin tamaşaçısı olmaq məcburiyyətindədir. Olsun, zatən öyrəncəliyik, həm də başqa yol yox...

Bəs məzhəkə dediyimiz MSK-nın bu kompaniyaları hansı mənbələrdən və necə maliyyələşir? MSK dövlətin milyonlarını hansı adlarla və hansı priyomlarla xərcləyir? Və s.

Bu istiqamətdə cavabını gözləyən bir yığın suallar var... Aktuallığını nəzərə alıb Yenixeber.org olaraq bu suallara aydınlıq gətirmək istəyirik. Məlumdur ki, MSK dövlət büdcəsindən maliyyələşən qurumdur... O büdcədən ki, Azərbaycan xalqına məxsus təbii sərvətlər və Azərbaycan vətəndaşlarının ödədiyi vergilər hesabına formalaşır. Elə bu səbəblərdən də, hər bir Azərbaycan insanının haqqıdır bilsin ki, MSK necə maliyyələşir? Seçkilərə nə qədər pul ayrılır? Bu vəsait necə xərclənir? Və s. MSK maliyyə şəffaflığını təmin etməkdə borcludur: başqa yol yoxdur və olmamalıdır da!

Nə hesab var, nə hesab soran...

MSK daha çox seçkilər zamanı "yada düşən" qurum kimi də tanınır. Baxmayaraq ki, MSK-nın bütün tərkibi, Dairə Seçki Komissiyalarının (DSK) sədr və katibləri aybaay maaş alır, həm də az olmayan məbləğdə... Seçkilər zamanı isə təbii olaraq bu quruma büdcədən sayı bilinməyən milyonlar axır. Müxtəlif tədbirlər, tirajı bilinməyən kitablar, kitabçalar, broşuralar, seçki plakatları, seçki bülletenləri, xarici müşahidəçilərin xərcləri və s.

Dövlət büdcəsindən maliyyələşən qurum olaraq MSK bütün bu sadaladığımız və sadalamadığımız xərclərlə bağlı Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının Qaununa uyğun olaraq, müvafiq tender və kotirovka sorğuları elan etməli və bu yolla xərclərini tənzimləməlidir.

Amma Yenixeber.org olaraq apardığımız araşdırmalarla MSK ilə bağlı Dövlət Satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az/) bir dəfə də olsun ki, tender, yaxud kotirovka sorğusuna rast gəlmədik(?) Həm də rast gəlmədiyimiz Hesablama Palatasının, yaxud Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin nə vaxtsa MSK-nın "qapısını döyməsi" oldu...

Belə məlum olur ki, hörmətli Məzahir Pənahovun öz qanunları var və dövlətin pulunu da öz istəyinə uyğun xərcləyir. Baxmayaraq ki, cənab Pənahov MSK-nın maliyyə xərclərinin şəffaflığını təmin etməkdə borcludur! Bu onun vəzifə borclarından biridir!

Biz Yenixeber.org olaraq bu istiqamətdə cavab gözləyən suallarla bağlı bu ayın 2-sində Məzahir Pənahova rəsmi sorğu da ünvanlamışıq. Hələ ki, nə sorğumuza, nə də telefon zənglərimizə cavab yoxdur(?)

Aktuallığı səbəbindən mövzunun davamı mütləqdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4618   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr