Bəxtiyar Əliyev seçki qanunvericiliyini pozmaqda davam edir - VİDEO

Bəxtiyar Əliyev seçki qanunvericiliyini pozmaqda davam edir - VİDEO119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevlə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyev Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduqları üçün barələrində Baş Prokuror Kamran Əliyevə və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət verilib…

Bu barədə 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili məlumat yayıb. Sitat: "Məsələ ondadır ki, Bəxtiyar Əliyev 20 ildir Ağdam 118 saylı Seçki Dairəsindən deputat olub. Bu dəfə həmin dairədən namizəd Xocalının sabiq başçısı Elman Məmmədovdur və artıq Ramiz Mehdiyevin deputat təyinatı tapşırıqları işə keçmədiyindən Bəxtiyar Əliyev 119 saylı Ağdam Seçki Dairəsindən namizədliyini irəli sürüb. 20 il Ramiz Mehdiyevin sayəsində deputat olan şəxs bir dəfə də olsun seçicilərinin qapısını açmayıb, dərdini, problemini dinləməyib. Ona görə də o seçki təbliğatı başlayandan bəri sərbəst olaraq heç bir məntəqəyə gedə bilməyib, cəhd etdiyi yerlərdə isə ona gəldiyi kimi də çıxıb getməsini deyiblər və s. Bu səbəbdən B.Əliyev qanunla qadağan olunan başqa bir üsula əl ataraq Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevi öz təbliğatına cəlb edib. Artıq neçənci dəfədir ki, Allahverən Əliyev qanunla qəti qadağan olunan bu yola əl ataraq Bəxtiyar Əliyevin təbliğatı ilə məşğuldur. Məsələn, A.Əliyev B.Əliyevlə birlikdə məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır. Özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranır ki, Bəxtiyar Əliyev yenə də qutudan deputat kimi çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan bu dəfəki parlament seçkilərini qəsdən gözdən salmaq deməkdir. Məsələn, neçə gündür seçicilərim mənə zəng edir ki, xəbər yayılıb ki, B.Əliyev deputat olacaq. Deyirəm, bu məlumat sizdə hardandır, deyirlər ki, Allahverən Əliyev onunla təşviqat aparırsa, bu artıq o qənaəti ortaya qoyur və s. Hesab edirəm ki, Bəxtiyar Əliyev Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün onun namizədliyi dərhal ləğv olunmalıdır. Və onun, eləcə də Allahverən Əliyevin əməllərinə hüquqi qiymət verilməlidir. Seçicilərimdən mənə təqdim edilən maddi sübutlar var və aidiyyəti üzrə göndəriləcək. Məsələn, belə bir qanunsuz əməl bu gün isə "Dördyol-1" köçkün qəsəbəsində baş verib...".

Deputatlığa namizəd Asif Mərzili onu da bildirdi ki, o artıq bununla bağlı Baş Prokuror Kamran Əliyevə və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət verib: "...119 saylı Ağdam Seçki Dairsəindən 3 deputatlığa namizəd də mənə zəng etdi, onlar da eyni qaydada şikayət verəcəklər…".

Xatırladırıq ki, Azərbaycan Seçki Məcəlləsinin 55.2.1 ("Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməs"), 55.2.4 ("Namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir"), 55.2.5. "Dövlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək" və 74.4.2. ("Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara... qadağandır!)" maddələrində yuxarıda qeyd olunanlar aydın qeyd edilib./Yenixeber.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 541   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr