Mətbuata "qapalı" NAMİZƏD: Tural Gəncəliyev niyə jurnalistlərdən qaçır?

Mətbuata "qapalı" NAMİZƏD: Tural Gəncəliyev niyə jurnalistlərdən qaçır?Milli Məclis 30 ilə yaxındır ki, ölkənin əsas qərarlarını verən qurumdur və parlamentdə barmaqla sayılası qədər deputat var ki, seçildiyi dairənin dərdini Milli Məclisdə səsləndirir. Lakin elələri də mövcuddur ki, 5 il ərzində bir kəlmə də olsun, nə danışır, nə də dinir. Təəssüf ki, Milli Məclisin VI çağırış deputatı olan Tural Gəncəliyev də bu qəbildən olan şəxslərdəndir.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə araşdırma yazısında bu gün namizədliyini 122 saylı Xankəndi seçki dairəsindən verən Tural Gəncəliyevin fəaliyyətindən bəhs edilib.

T.Gəncəliyev Milli Məclisin yeni kadrıdır, hələ gəncdir və bəzi deputat həmkarları kimi hələlik biznes fəaliyyətinə keçid etməyib. Bəlkə də edib, bunu deyə bilmərik, çünki Xankəndini təmsil edən deputat uzun illər işğalda qalan öz şəhərinin problemlərinə necə səssiz qalıbsa, öz kreslosunda da bu sükutunu davam etdirib deyə, onun haqqında elə də ciddi informasiyaya malik deyilik.

Milli Məclisin "lal deputatları" siyahısında özünəməxsus tərzi ilə seçilən cənab Gəncəliyev 2023-cü ildə cəmi 2 dəfə çıxış edib. Maraqlısı isə budur ki, deputatlıq dönəmində medianın zənglərini açmayan, Xankəndi camaatının problemləri barədə danışmayan deputat İkinci Qarabağ müharibəsindən sonra ötən ilin sentyabrına qədər separatçı xuntanın girovunda qalan sıravi ermənilərlə danışıqların qurulmasında fəal iştirakı ilə seçilmişdi. O, Qarabağın erməni icması ilə danışıqlarda şəxsən özünün iştirakı ilə bağlı dəfələrlə təkliflər göndərmişdi. Elə işin qəribə tərəfi də budur ki, Tural Gəncəliyev Xankəndinin azərbaycanlı icmasından fərqli olaraq, niyə Qarabağ erməniləri ilə dialoqda canfəşanlıq göstərirdi?

T.Gəncəliyev bağlı yazımızı yazarkən, sözsüz ki, onun sosial media hesabını bir xeyli araşdırdıq. Bəli, Tural müəllim mediada çox aktivdir və təbliğat-təşviqat kampaniyası start götürəndən sonra artıq 4 il öncə görüşdüyü seçicilərini yenidən yada salıb. "Məclis İnfo" portalında Tural Gəncəliyevin Milli Məclis, media və sosial şəbəkə aktivliyi ilə bağlı qeyd olunmuş rəqəmlər də onun mediadan qaçmasının səbəblərini, əslində, bir növ ifadə edir. Belə ki, sosial şəbəkə aktivliyi 92,9% olan Tural bəyin media aktivliyi isə faciəvidir – 5.5%. Onun Milli Məclis aktivliyi isə deyilməz həddə – 1,6% civarındadır.

Ümumiyyətlə, jurnalistlərin Xankəndi və Qarabağla bağlı suallarından yayınan Tural müəllimin belə göstəricilərə malik olması, sözün düzü bizdə şübhə yaratmadı. Xülasə, Tural müəllimdən digər bəzi həmkarları kimi, 5 ildə bir ortaya çıxıb seçicinin ətəyindən yapışıb səs dilənməyini, altına mal-mülk yığıb övladlarının "mərifətləri" ilə gündəmə gəlməsini istəmirik. Əksinə, ondan Xankəndi camaatının dərdinə azca da olsa, şam kimi yanmağını, 30 il yurd-yuvalarından didərgin düşən bu insanların problemlərin həllində canfəşanlıq göstərməsini diləyirik. Sonrasını isə buraxırıq Tural müəllimin öz vicdanına…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 781   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr