Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib -Bu cür namizədlərə görə xalq seçkiyə inanmır

Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib -Bu cür namizədlərə görə xalq seçkiyə inanmırMən təbliğat-təşviqat mərhələsi başlayandan məhəllələri, küçələri, binaları gəzirəm. Əhali ilə görüşür, söhbətləşirəm. Görüşlərimin nəticəsi olaraq onu deyə bilərəm ki, xalqda seçkiyə inam tamamilə ölüb. Xalq görüşlərə gəlmir. Səbəb də əhalinin kimə səs verməsindən asılı olmayaraq qutudan özlərinin seçdiyi deyil, əvvəlcədən məlum olan adamın adının çıxacağıdır. Əhali bildirir ki, seçkiyə getməyin onsuz da mənası yoxdur. Görüşdüyüm adamlar açıq şəkildə bildirirkər ki, bizim seçdiyimiz adam qutudan çıxmır. Qutudan ancaq YAP namizədləri çıxır. əhali, seçicilər indiyə kimi deputatları olmuş Hicran Hüseynovanın üzünü bir dəfə də görməyiblər. Ancaq bilirlər ki, yenə də qutudan onun adı çıxacaq.

Bu sözləri saylı Birinci Seçki Dairəsindən namizəd Yasəmən Qaraqoyunlu deyib. O qeyd edib ki, Hicran Hüseynova kimi namizədlərə görə əhali seçkiyə inanmır:

"Mən təkcə görüşlər keçirmirəm. Dostlarımla birgə məhəllələri, binaları gəzirik hər axşam. Binaların qarşısında, parklarda, küçələrdəki insanlarla söhbət edirəm. Hamı seçkiyə getməyi, səs verməyi mənasız hesab edir. Hər kəs bildirir ki, əvvəlki deputat Hicra Hüseynova bir dəfə də olsun onlarla görüşməyib. Bir deputat kimi bizim problemimizdən xəbəri yoxudur, bizim nə istədiyimizi bilmir. Seçicilər deyirlər ki, Hicran Hüseynovanı onlar seçməyib, ona heç səs də verməyiblər, ümumiyyətlə heç bir dəfə də olsa üzünü görməyiblər. Mən qazilərlə də görüşürəm. Onlar da eyni fikri bildirir.

Bu cür namizədlərə görə xalq seçkiyə inanmır. Buna görə də seçkiyə gəlmir, səsini vermir. Çox pis vəziyyətə gəlib çıxmışıq. Seçki ruhu, seçki emosiyası, seçki aktivliyi yoxdur. Xalq çox narazıdır. İndi əhalinin vəziyyəti çox ağırdır.

Mən Sumqayıtın içindəki məhəllələri gəzdikcə çox böyük səfalət gördüm.İnsanların, şəhid atalarının, analarının vəziyyəti, binaların, həyət evlərinin düşdüyü durum, antisanitar vəziyyət, söküntü, dağıntı işləri insanı dəhşətə gətirir. Bakı ilə Sumqayıt arasında 100 il zaman məsafəsi var. Sanki Bakı inkişaf edir, Sumqayıt geridə qalıb. Mərkəzi küçələrə baxırlar. Xalqın yaşadığı küçələrə baxılmır. Belə aydın olur ki, Sumqayıtın icra başçısı, sumqayıt deputatları bu günə qədər heç nə etməyiblər".

Y.Mahmudova bildirib ki, seçicilər onun deputat olmağını istəyir:

"Sakinlər etiraf edirlər ki, mənim deputat olmağımı istəyirlər. Ancaq özləri də deyir ki, səni istəsək də, gəlib səs versək də, qutudan sən çıxmayacaqsan. Onlar özləri də başa düşüb ki, əlahinin istəyi, səsi heç bir rol oynamır. Yuxarıdan dairələrə tapşırıq gəlir. Dairə də məntəqələrə tapşırıq verir. Yuxarıdan əmr gəlir ki, bu adam seçiləcək deputat. Elə də olur. O adam nəyin bahasına olursa olsun məntəqə və dairələr qutudan onu çıxarmalıdır.

Mənim rəqibim Hicran Hüseynova 5 il müddətinə deputat olduğu vaxt heç bir dəfə də seçicilərlə görüşməyib. Görüşdüyüm adamlar, qazilər, şəhid anaları, ataları deyir ki, heç bir dəfə də olsun H.Hüseynovanın üzünü görməyiblər. Hicran Hüseynova bu dairədən deputat olsa belə, o, bu seçicilərin dərdini, problemini bilmir. Bu günə qədər onun parlamentdə bu dairənin bir problemini dilə gətirdiyini, müzakirəyə çıxardığını görməmişik. Bu xanım bəs orada nə işlə məşğuldur? O, bizim adımızdan orada ağzına su alıb oturan deputatlardan biridir. Əgər onu heç kəs sevmirsə, ona səs vermirsə niyə o yenidən gedib parlanmentdə oturmalıdır? Nə edib, nə yenilik gətirib, hansı uğurlara imza atıb, hansı problemimizi həll edib, bir deputat kimi nəyə təkan verə bildi Hicran Hüseynova?.

Ona görə də seçicilərə səslənirəm ki, Hicran Hüseynovaya deyil, mənə səs verin. O edə bilməyib, mən edəcəyəm, mən dəyişəcəyəm, dəyişməyə cəhd edəcəyəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 805   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr