Universitetlərin qapıları geniş, çıxış isə DAR OLMALIDIR - AÇIQLAMA

Universitetlərin qapıları geniş, çıxış isə DAR OLMALIDIR - AÇIQLAMAXəbər verdiyimiz kimi, bu il Azərbaycan təhsil tarixində ən yüksək göstərici qeydə alınıb. 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

Bu gün Azərbaycanda ali təhsilə qəbul olmaq əlçatandır. Əlbəttə ki, təhsil almaq hər bir abituriyentin haqqıdır. Sağlam gələcəyin formalaşmasının yolu savadlı gənclərimizdən keçir. İldən-ilə keçid ballarının aşağı düşməsi ilə bağlı fikirlər səsləndirir. Vətəndaşlar arasında belə bir fikir yaranıb ki, keçid balları artırılmalı ya da fərqli bir sistem formalaşmalıdır. Bu fikir nə dərəcədə doğrudur? Ali təhsil müəssisələrinə qəbul prosesində dəyişikliyə ehtiyac var?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert İlqar Orucov deyib ki, bu il ali təhsil müəssisələrinə qəbul prosesi say baxımından ən yüksək göstəricidir. ONun sözlərinə görə, plan yerlərinin və universitetlərin sayında son illər artım müşahidə olunur:

"Mən həqiqətən o fikirdəyəm ki, bizim gələcəyimiz üçün gənclərin təhsil almaq imkanlarını genişləndirmək lazımdır. Eyni zamanda 56656 nəfər Azərbaycan universitetlərinə qəbul alıblar. Azərbaycan gənclərinin təhsil alması üzrə dövlət proqramı, eyni zamanda dövlətlərarası mübadilə proqramı çərçivəsində gənclərimiz təhsillərini xaricdə davam etdirirlər. Mən gənclərimiz üçün bu qədər imkanların genişlənməsinin tərəfdarıyam. Ali təhsil almaq imkanları genişlənməlidir".
Ekspert bildirib ki, on minlərlə gəncimiz hər il bir çox ölkələrə təhsil almağa gedirlər. Bu kateqoriyadan olanlar isə əsasən aşağı bal toplayan abituriyentlərimizdir:

"Bu növbəti illərdə gənclərimiz üçün müəyyən problemlər yaradır. Onlar bir çox hallarda xaricdə təhsil imkanları vəd edən şirkətlərin qurbanlarına çevrilirlər. Bütün hallarda təhsil almaq imkanlarının genişləndirilməsi çox vacibdir. Əlçatanlıq tək plan yerlərinin artırılması ilə bağlı deyil. Əlçatanlıq həm Maddi baxımından sıxıntılı olan ailələrin təhsil haqlarına dəstək olmaqdır. Bununla əlaqdər Təhsil Tələbə Kredit Fondu yaradılıb. Yaxşı oxuyan tələbələrin təhsilləri ilə bağlı dövlət motivasiya edici işlər görür. Hətta tələbə ödənişli əsaslarla təhsil alırsa belə, təhsil göstəricilərinə uyğun olaraq təqaüd ala bilir. Təhsil balları demək olar ki, hər il aşağı düşür. Bir məsələni nəzərə almaq lazımdır. Universitetlərə qəbul asanlaşmalı, universiteti bitirmək isə çətin olmalıdır. Bizim universitetlərə qəbul olan əksər tələbələr məzun ola bilirlər. Bu düşündürücüdür. Onlar həqiqətənmi universitetlərdə lazım olan bilikləri alırlar? Yəni mütəxəssis kimi onlara lazım olacaq biliklər verilirmi? Bu suallar haqqında ətraflı fikirləşmək lazımdır".

İlqar Orucov vurğulayıb ki, universitetlərin qapıları geniş, çıxış qapıları isə daha dar olmalıdır:

"Bu fəlsəfə ilə çıxış etsək daha doğru yanaşmanı tətbiq etmiş olacağıq. Universitet bir mədəni intellektual mühitdir. Burada yalnız ixtisas bilikləri aşılanmır. İxtisas bilikləri ilə bərabər sosiallaşırlar. Tələbələrin şəxsiyyət kimi formalaşmasında universitet müstəsna rol oynayır. Bu baxımdan universitet həyatını keçmək gənclər üçün çox önəmlidir. Fikirləşirəm ki, son göstəricilərdən sonra plan yerlərinin artırılmasına ehtiyac var. Bəzən aşağı bal ilə universitetə qəbul olmuş bir gənc sonradan uğurlu bir mütəxəssis kimi formalaşır. Onlarda məsuliyyət və disiplin anlayışi formalaşır. Ona görə də universitetlərə qəbul faydalıdır".

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1665   Tarix: 28 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr