Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? - RƏSMİ
Azərbaycanda şəhid ailəsi üçün təyin olunmuş Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə şəhid ailəsi üçün Prezident təqaüdü 18 493 nəfərə təyin edilib. Təqaüdün bir nəfərə düşən orta aylıq məbləği 385,35 manat təşkil edib.
Xatırladaq ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:
- arvadına (ərinə);
- valideynlərinə;
- 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;
- uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
Şəhidin ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir.
"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 851 Tarix: 28 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Rəsulzadə 1884-cü i
31 yanvarBakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilir
Bakıda Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransı keçirilir. 10 xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikd
31 yanvarÖlümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı
"Hazırda Azərbaycanda minlərlə şəxsin orqana ehtiyacı var". xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusund
31 yanvarHəmin uşağın valideyni tapıldı - Video-Yenilənib
Bakıda azyaşlı uşağın valideynləri axtarılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib. Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşl
30 yanvarKüləklə bağlı - Xəbərdarlıq
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki
30 yanvarPlastik qabda nələri saxlamaq olmaz? - Ekspertlər 5 məhsul açıqladı
Qida məhsullarının düzgün saxlanması onların təzəliyini qorumaq, yemək hazırlamaq, evdə hazırlanmış yeməkləri saxlamaq və qalan yeməkləri sonradan istifadə etmək üçün vacibdir. Çox insan plastik qablar istifadə edir, lakin bəzi məhsulları onlarda saxlamaq olmaz. Qaynarinfo xəbər verir ki, bu barədə "Marth
30 yanvar