Eldar Əzizov Mədəniyyə naziri təyin olunur?
Azərbaycan hökumətində ciddi dəyişiklik gözlənilir. Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərindən sonra nazirlərdən biri istefaya göndəriləcək.
Bu barədə "Yeni Sabah" saytı yazır və bildirir ki, mədəniyyət naziri Adil Kərimli hakimiyyət komandasını tərk etmək ərəfəsindədir.
Onun sentyabr ayının sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılacağı bildirilir.
Adil Kərimlinin "vurulmasına" səbəb kimi ölkənin mədəniyyət ictimaiyyəti ilə dil tapa bilməməsi göstərilir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, titullu sənətkarların nazirin fəaliyyətindən narazı olduğu, hətta bununla bağlı hakimiyyətin müxtəlif sturukturlarına şikayət məktubları göndərdikləri deyilir. İxtisasca hüquqşünas olan Adil Kərimlinin mədəniyyət sektoruna yad adam olduğu üçün sənət adamları ilə təmas qurmağa çətinlik çəkdiyi bildirilir.
Hakim komandadan saytımıza verilən məlumata görə, bu məsul vəzifəyə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov gətiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinin məlumatlandırıldığı iddia olunur.
Qeyd edək ki, Eldar Əzizov uzun illərdən bəri icra orqanlarına məsul vəzifələrdə çalışsa da, mədəniyyət sferası üçün yad adam sayılmır. O, dövlət başçısı tərəfindən sənət adamlarına verilən evləri sahiblərinə şəxsən təqdim etdiyi üçün bu sektorun tanınmış simaları ilə yaxşı əlaqələrə malikdir. Sənət adamları mənzillərin seçimi, təmiri və oxşar problemlərlə bağlı Bakı merinə tez-tez müraciət edirlər. Eldar Əzizovun bütün müraciətləri müsbət cavablandırdığı üçün bu cameədə hörmət sahibi olduğu deyilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1125 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO
İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini
31 martBu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlar
30 martDağlıq ərazilərə qar yağır
Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 31-i saat 09:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş
31 martBu rayonun 15 kəndində işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən -ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/1
31 martOrdubadda qaya uçqunu oldu (FOTO)
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb. "Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub. Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçalar
31 martBu tarixdən ibtidai siniflər üçün yaz tətili başlayacaq
Azərbaycanda ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün əlavə yaz tətilinin vaxtı məlum olub. -in məlumatına görə, 2025/2026-cı tədris ilində bu kateqoriyaya daxil olan şagirdlər 1-5 may tarixlərində istirahət edəcəklər. Tətil müddəti başa çatdıqdan sonra dərslə
31 mart