Keçmiş sevgilisinin maşınını əzib qaçdı
Sultangazidə keçmiş sevgilisinin avtomobilini əzən şəxs hadisə yerindən qaçıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 23.30 radələrində İsmetpaşa məhəlləsində baş verib. İddiaya görə, şübhəli şəxs keçmiş sevgilisini maşını ilə evə gedərkən izləməyə başlayıb. Təqib olunduğunu anlayan gənc qadın küçələrə girərək gizlənməyə çalışıb.
Lakin qarşısındakı avtomobil küçədə dayananda gənc qadın maşını saxlamalı olub. Onu izləyən keçmiş sevgilisi öz maşını ilə qadının avtomobilini arxadan vurub. Qısa müddət sonra avtomobildən düşən şəxs əvvəlcə keçmiş sevgilisinin avtomobilinin ön sol qapısını sındırmağa çalışıb, daha sonra qadına hücum edib.
Bununla da kifayətlənməyən təcavüzkar dirsəyi ilə avtomobilin arxa şüşəsini vuraraq sındırıb. Şübhəli şəxs yenidən maşınına minərək gənc qadının maşınını əzib. Gənc qadın qışqıraraq məhəllə sakinlərindən kömək istəyib. İnsanların reaksiyasından sonra şübhəli maşını ilə hadisə yerindən qaçıb. Məlumat verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Gənc qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı istintaq başladıb. Qaçan şübhəlinin axtarışları davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 839 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrAyı arı pətəklərini dağıdıb balları yedi
Türkiyənin Qars vilayətinin Səlim rayonuna bağlı Karakale kəndində gecə saatlarında arı pətəklərinə yaxınlaşan boz ayı bal arılarına ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, kənddə arıçılıqla məşğul olan Ayhan Aydına məxsus pətəklərə yaxınlaşan ayı onları aşırdaraq içərisindəki balları yeyib
24 sentyabrAzərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər azalıb
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər azalma müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda sərxoş vəziyyətd
20 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabr