"Dedi ki, Kamran Bayramova səs verməsəniz, işdən çıxarılacaqsınız" - ŞƏHİD QOHUMU ETİRAZ EDİR

"Dedi ki, Kamran Bayramova səs verməsəniz, işdən çıxarılacaqsınız" - ŞƏHİD QOHUMU ETİRAZ EDİR"Mən sizə iş verən və yol çəkən deyiləm"

Daşkəsən rayonu Bayan kənd sakini Paşayeva Xalidə Musa qızı tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, seçki komissiyasının üzvü Novruzəliyev Meydanəli sakinləri Bayramov Kamrana səs verməyə məcbur edir:

"Mən, Paşayeva Xalidə Musa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

4 övladım – 2 oğlum və 2 qızım var. Oğlanlarım heç yerdə işləmir. Gəlinim 3 əsgər anasıdır. Bağçada günə 6 manata qab yuyur.

Vaxtilə Daşkəsən rayon İcra Hakimiyyətinin 3-cü müavini, hazırda Mərkəzi Seçki Komissiyasının üzvü olan Meydanəli Novruzəliyev gəlinimi qəbuluna çağırıb ki, Bayramov Kamrana səs verin, əgər səs verməsəniz sizi işdən azad edəcəm.

Qeyd edim ki, özüm şəhid bacısı və şəhid bibisiyəm. Ailə başçımı itirmişəm. Özüm də pensiya, maaş almıram. Yaşımla əlaqədar iş vermirlər. Oğlanlarımın işsizliyi ilə bağlı müraciət etdikdə isə nəzərə alınmır. Amma ki, səs vermə üçün məcbur edilirəm. Acından ölməliyik? Oğurluq etməliyik?

5 ildir bizim deputatımızdır, biz onun üzünü görməmişik. Seçki qabağıdır deyə iclaslar təşkil edir və insanların halına yanacağını söyləyir. Kənd sakinləri olaraq müəyyən məbləğ toplayıb küçəyə yarı asfalt və su çəkdirmişik. Deputatdan da iş tələb edirik. Bizim şikayətlərimizə uyğun olaraq bildirir ki, "mənim vəzifəm sizə su çəkmək və işlə təmin etmək deyil". Əgər deputat xalqı üçün çalışmırsa o deputat bizim nəyimizə lazımdır"?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1102   Tarix: 30 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr