Rəsmi Bakı Paşinyanın yalanlarını ifşa edib

Rəsmi Bakı Paşinyanın yalanlarını ifşa edib"Ermənistan baş nazirinin 31 avqust tarixli mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verməsi təəssüf doğurur".

Oxu.Az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir.

Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Məhz buna görə də, Ermənistan tərəfinin "sülh sazişi" layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bununla yanaşı, baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil.

Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir.

Minsk Qrupu ilə bağlı baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Ermənistan baş nazirinin bu problemləri göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.

Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1119   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr