Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəlLent.az "Bioqrafiya" rubrikasında aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında məlumat verir.

- Məleykə Əsədova harada anadan olub?

Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

- Məleykə Əsədova harada ali təhsil alıb?

1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.

- Məleykə Əsədova hansı teatrda , hansı rolla işə başlayıb?

Bu barədə suala o müsahibələrindən birində belə cavab verib:
"Gənclər teatrı ilə başlamışam. İlk tamaşam "Aydın" tamaşası olub. Mən İncəsənət Universitetinin axırıncı kurslarında Lütfi Məmmədbəyovun təklifi ilə balaca bir rol oynamışdım. Həmişə mənə deyirdi ki, sən mütləq səhnədə olmalısan".

- Sənətə gəlişi üçün ən çox kimə minnətdardır. İlk müəllimi kimi hesab edir?

"Hər zaman deyirəm ki, məni sənətə Lütfi müəllim gətirib. Məni Azərbaycan xalqına sevdirən Lütfi müəllimin tamaşaları olub. Bilirsiniz, mən istedadıma o qədər güvənirdim ki, uşaqlıqdan mahnılar oxuya-oxuya deyirdim ki, mən aktrisa olacam. İstedadıma çox inanırdım, mahnı oxuyurdum, rəqs edirdim, İncəsənət Universitetində oxuyanda hamı mənə deyirdi ki, çox istedadlısan. Özümə çox arxayın idim, həmişə ən çətinə varan aktrisa idim. Lütfi müəllim mənə deyirdi ki, Allah səni səhnə üçün yaradıb",- deyə o bildirib.

- Məleykə Əsədova özü haqqında nə fikirdədir?

Bu sualın cavabı da özündən gəlsin: "İncə zərif olmağıma baxmayaraq, həmişə mərd qız olmuşam.
Daxilimdə də böyük güc var idi. Özümü 3 kəlmə ilə təsvir etsəm, səmimi, əsl insan, zəhmətkeş deyərdim"

- Məleykə Əsədovaya şöhrəti hansı rol qazandırıb?

Orxan Kamalın "Yad qızı" tamaşasındakı Jalə və "İtkin gəlin" teletamaşasındakı Əfsanə rolları.
"Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim "Aktyorlar evi"nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. "Yad qızı" mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair, və ilaxır. Həsən Turabov da məni görmüşdü, çox bəyənirdi. Şəxsən özü, mənə dedi ki, gəl "Azdrama"ya işləməyə. 1993-cü ilin əvvəlindən başladım "Azdrama"da işləməyə. Orda da çox böyük obrazlar oynadım.

Həmin dövrlərdə Əlibala müəllimin "İtkin gəlin" tamaşası çəkilirdi televiziya üçün. Çox aktrisaları yoxlamışdılar, amma seçə bilmirdilər. Əlibala müəllim məni görən kimi dedi ki, mənim aktrisam Məleykədir. Sən Əfqanıstanda gördüyüm qıza bənzəyirsən"- deyə aktrisa bu barədə danışarkən bildirib.

-Məleykə Əsədova ailə qurub?

Bəli. Lakin qısa müddət sonra həyat yoldaşından ayrılıb.
"Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Sağ olsun, anam. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum. Mən bundan sonra heç vaxt istəmirəm ki, ailə quram. Çünki mən qız böyüdürəm. İş, sənət, övladım. Çox ağırdır, çox. Belə incə görünməyimə baxmayın, daxilimdə kişi qüdrəti daşıyıram. Amma artıq öyrəşmişəm və dözürəm. Qız övladımın yanına yeni bir ata gətirmərəm" - deyə o bildirib.

- Məleykə Əsədova kimisə sevib?

Bir dəfə "Söz baz" verilişinə qonaq olan aktrisa gənc yaşlarında ailə qurmaq üçün kifayət qədər şansının olduğunu, lakin sevdiyini sənətinə qurban verdiyini bildirib. O, yarım qalan məhəbbətindən də danışıb:

"Qarşımda gözəl şanslar olub. Ailə qura bilərdim. Amma bunun üçün neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim ki, bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan bu sənətdə olmağımı istəmirdi. Hətta dedilər, "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi". Deyib.

- Məleykə Əsədova rol üçün radikal dəyişikliklərə razı olar?

"Xarici görünüşümdə dəyişiklik edərəm, amma kökəlməyə heç vaxt razı olmaram. Bunu heç istəmirəm. Səhnə arıqlığı, plastikanı sevir. Filmdə kök aktrisa lazımdırsa, kök aktyoru seçərlər və ya buna uyğun qrim yaradarlar" deyib.

- Məleykə Əsədovanın şöhrətə çatmasında gözəllik rol oynayıb?

Bu barədə o belə deyib: "33 ildir dayanmadan böyük səhnədə obrazlar yaradıram. Müxtəlif rejissorlarla işləmişəm. Oynadığım rolların 90 faizini klassik obrazlar təşkil edir. Təsdiq olunmuş aktrisa istedadından danışmamalıdır. Dünya teatrlarında bir aktrisa 3 klassik obrazı ifa edibsə, daha onun peşəkarlığı, təcrübəsi sorğu-sual edilmir. O özünü təsdiq etmiş sayılır".

- Məleykə Əsədova xoşbəxt, qayğısız qadın kimi görünür. Görünməyən tərəfləri varmı?

"Görünməyən tərəfim var. Hər kəs məni obrazlarımla görür. Əslində ana kimi, qadın kimi çox zəhmətkeşəm. Məleykə öz zəhməti ilə evinin həm kişisi, həm qadınıdır. Bu zərif çiyinlərin altında bir kişi qüvvəti var. Onun çiynində bir ana məsuliyyəti var, öz çətinlikləri var və bu barədə danışmaq istəmir. Qoy elə Məleykəni öz obrazları ilə xatırlasınlar. Məleykə çox zəhmətkeş qadındır. Məleykə ömrü asan deyil. Allaha çox şükür edirəm. Nə yaxşı ki, mənə bu gücü, istedadı, qızımı verib. Allah məni özündən başqa kiməsə möhtac etməsin. Məni sevən, sevməyən hər kəsə övladının gözəl günlərini görmələrini arzu edirəm",- deyib Məleykə xanım.

- Məleykə Əsədovanın neçə övladı var?

Bir qızı var. ADA universitetində təhsil alır.

- Məleykə Əsədova xoşbəxt qadındır?

"Demək olmaz ki, tam xoşbəxtəm. Amma buna da şükür edirəm. Qadın kimi ola bilər xoşbəxt deyiləm. Amma aktrisa, ana kimi xoşbəxtəm. Guya hər ailə quran xoşbəxt olur?" – o deyib.

- Məleykə Əsədova kinli insandır?

"Bağışlayıram, amma güvənimi qıran insanla ünsiyyət qurmuram. Bir dəfə edibsə, yenə edəcək. Xarakter dəyişilmir. İllər mənə hər şey verdi. Amma güvənimi apardı. Mən insanlara güvənə bilmirəm. Özümə hasar çəkmişəm"- deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3330   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səidə Sultan bu səbəbdən verilişlərə çıxmır

"Görürsünüz ki, nə vaxtdır heç efirlərə çıxmıram. Mən artıq baş verənləri kənardan izləyirəm. Hamını da görürəm. Heç kəs bir o qədər də xoş təəssurat bağışlamır". xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında bildirib. İnstaqramda video paylaşan sənətçi bəzi həmkarlarını

18 dekabr
.

"Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur"

Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib. xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan ifaçı yaşadıqlarını danışarkən göz yaşlarını saxlaya bilməyib. Luna bildirib ki, keçmiş həyat yoldaşının ailəsi 16 il ərzində bir dəfə də olsun onun qızı ilə maraqlanmayıb. Sənətç

19 dekabr
.

Həyat yoldaşından boşanmaq üçün TV proqramına müraciət edən qadın estetiklərlə yeni biri oldu!

Bir dövr "Esra Erolda" proqramına həyat yoldaşından boşanmaq üçün müraciət etməsi ilə tanınan və sonradan paylaşımları ilə fenomenə çevrilən Yazgül Bayat, son vaxtlar etdirdiyi estetik dəyişikliklərlə yenidən diqqət mərkəzinə düşüb. türk mediasına istinadən xəbər verir ki, "Tək günahı

17 dekabr
.

İbrahim Tatlısesi vuran şəxsdən diqqətçəkən sözlər: "Azadlığa buraxılmaq istəyirəm"

2011-ci ildə sənətçi İbrahim Tatlısesə qarşı həyata keçirilən silahlı hücumun sifarişçisi kimi məhkum edilən Abdullah Uçmakın sosial media hesabından diqqət çəkən paylaşım edilib. türk mediasına istinadən xəbər verir ki, 14 mart 2011-ci ildə baş verən hadisə ilə bağlı uzunmüddətli həbs cəzası alan v

15 dekabr
.

Məşhur aktrisanın son paylaşımı diqqət çəkdi: qeyri-adi ayaqqabı dizaynı müzakirə mövzusu oldu - FOTO

2025-ci ildə "Kimlər Gəldi, Kimlər Keçdi" layihəsi ilə yenidən gündəmin mərkəzinə qayıdan məşhur aktrisa Serenay Sarıkaya bu dəfə serial çəkiliş meydançasından deyil, studiyadan etdiyi paylaşım ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Mert Demirlə olan münasibəti tez-te

17 dekabr
.

Xanəndə övladı doğulan kimi ona mahnı oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Kamilə Nəbiyeva ana olub. Sənətçinin xəstəxanadan görüntüsü yayılıb. Övladı doğulandan sonra onu ilk dəfə görən Kamilə mahnı oxuyub. Həmin görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Kamilə ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub

14 dekabr
.

Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi

Xalq artisti Röya Ayxan müğənni Elçin Cəfərovla növbəti uğurlu yaradıcılıq layihəsində bir araya gəlib. İki sevilən sənətçi "Can" adlı mahnının klip çəkilişi üçün kameralar qarşısına keçərək tamaşaçılara duyğusal və yadda qalan ekran işi vəd ediblər. Mahnının söz və musiqisi Rafael Şabanova

19 dekabr
.

"Övladımı bu cəmiyyətdə böyütmək…"

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan model Günay Musayeva oğlu Cahangirin atası, aktyor Tolqa Karelə səslənərək, övladını xaricə aparmasına icazə verməsini istəyib. Tolqa isə ona cavab olaraq, övladının türkiyədə qalmasını istədiyini, icazə kağızını imzalamayacağını deyib. O, Günayı narkotik istifad

20 dekabr
.

"Qurban Qurbanovun toyunu mən aparmışam, incimişəm ondan"

"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm". Axşam.az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib. O bildirib ki, Q.Qurbanovun Zaqatalada toyunu da aparıb:. - Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mə

13 dekabr