Ərə gedə bilməyən qadın falçıya müraciət etdi, evindən 4 "cadu" tapıldı
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın barəsindəki hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az pravda.az-a istinadla xəbər verir ki, hakimi Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Lənkəran Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub. S.Cəfərovanın Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib.
İttihama görə, 2023-cü ildə Lənkəran şəhəri mərkəzi bazarında Lənkəran rayon sakini, zərərçəkmiş K.İ. (şərti) S.Cəfərovaya müraciət edərək ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib. Zərərçəkmiş S.Cəfərovanın onun falına baxıb köməklik etməsini istəyib. S.Cəfərova da K.İ.-yə həyatında baş vermiş problemlərin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan deyib.
Bu məqsədlə S.Cəfərova cadunu zərərsiz vəziyyətə gətirmək üçün zərərçəkmiş şəxsdən ümumilikdə 600 manat pul alıb. O, qadının evinin həyətyanı torpaq sahəsində 4 fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxarıb.
Daha sonra K.İ. hüquq-mühafizə orqanlarına müraciət edərək S.Cəfərovanın ona qarşı dələduzluq etdiyini söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR