Hicran Hüseynova 10 minlik çanta işlədir? - Özü danışdı
Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq lider namizəd olan Hicran Hüseynovanın istifadə etdiyi əl çantası barədə jurnalist Fərid İsmayılov sosial media hesabında paylaşım edib. Paylaşım müzakirələrə səbəb olub. Bildirilib ki, Hüseynovanın çantasının qiyməti endirimlə 6032 dollardır. Bu isə təqribən 10 000 manat edir.
"Qafqazinfo" xəbər verir ki, Musavat.com məsələ ilə bağlı Hicran Hüseynova ilə əlaqə saxlayıb.
O, yayılan məlumatları təkzib edib:
"Həmin çantanı Çindən gətirtmişəm. Orada çox ucuzdur. Mən heç vaxt baha heç nə almamışam. İkinci də, bu, kimin axmaq ağlına gəlir... Əşi yaxşı, mən belə şeyləri müzakirə etmək istəmirəm".
Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd olub.
Xatırladaq ki, Milli Məclisin VI çağırış üzrə deputatı olan Hicran Hüseynova daha əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 972 Tarix: 04 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021