"Mənimlə getmək istəmədi, əsəbiləşib söydüm"
Bakıda taksi sifariş edən müştəriyə qarşı təhqiramiz ifadələr işlədən sürücü həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 2-si Nərimanov rayonu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü S.Məmmədov (şərti) proqram vasitəsilə çağırış üzrə xanım müştəri ilə əlaqə saxlayıb. Bu zaman onlar arasında mübahisə baş verib.
Barəsində İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilən sürücü ifadəsində deyib: "Xanım müştəri ilə aramda anlaşılmazlıq olub. Mənə yolu yanlış tərif etmişdi. Mən də ona sifarişdən imtina etməsini bildirdim. Sərnişini tapan zaman isə mənimlə getmək istəmədiyini bildirdi. Bu zaman əsəbiləşib onu söydüm. Əməlimdən peşmanam, səhvimi etiraf edirəm".
Sürücü barəsində Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində xırda xuliqanlıq əməli ilə bağlı tərtib edilmiş protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə sürücü həbs edilməməsini xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 yaşlı sürücüyə 5 sutka inzibati həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 899 Tarix: 04 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021