Bankların "qara siyahı"sına düşən şəxslərə hansı halda kredit VERİLƏ BİLƏR? - AÇIQLAMA

Bankların "qara siyahı"sına düşən şəxslərə hansı halda kredit VERİLƏ BİLƏR? - AÇIQLAMAVətəndaş kredit götürmək üçün çox vaxt banklara üz tutur. Rəsmi iş yeri və stabil əməkhaqqısının olmasına baxmayaraq banklardan imtina cavabı gəlir. Bunun səbəbi isə həmin vətəndaşın kredit tarixçəsinin pis olması ilə bağlıdır. Bu zaman həmin şəxslər bankların "qara siyahı"sına düşür. Kreditin ödənilməməsi yaxud gecikdirilməsi vətəndaşın kredit tarixçəsinə mənfi təsir göstərə bilir. Gecikmələrin sayı artdıqca vətəndaşa gələcəkdə ya kredit, ya da lazımi miqdarda pul verilmir.

Belə olan təqdirdə bankların "qara siyahı"sına düşən şəxslərə hansı halda kredit verilə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan banki məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, hər bir halda adı "qara siyahı"da olan şəxslərə kredit verilir və qanunvericilikə burada hər hansı bir qadağa yoxdur:

"Onlara hər bir halda kredit verilə bilər. Qara siyahıda olmaq o demək deyil ki, həmin şəxslərə kredit vermək qanunla qadağandır. Formal olaraq "qara siyahı" deyə bir şey yoxdur. Burada söhbət şəxsin kredit tarixçəsindən gedir. Yəni şəxs haradansa kredit götürəndə banklar və bank olmayan kredit təşkilatları müştəri haqqında kreditləri barədə məlumatları kredit bürosuna ötürür. Gecikəndə buraya məlumat verilir və onun tarixçəsi formalaşır".

Ekspertin sözlərinə görə, vətəndaş başqa bir kredit təşkilatına yaxud banka getdikdə ilk növbədə onun tarixçəsinə baxılır:

"Tarixçəsi normal olduğu halda, cüzi gecikmələr olubsa kreditin verilməsində problem yaranmır. Amma bank vətəndaşın kredit tarixçəsi ilə bağlı mənfi halları gördükdə ona istədiyi məbləği verməyə ehtiyat edir. Sadəcə bu bankın özünün siyasətindən asılıdır. Qanunvericiliklə həmin şəxslərə kredit verilir. Sadəcə bu kimi hallar bankın öz səlahiyyətləri daxilindədir. Müştərinin kredit tarixçəsi yaxşı olmadıqda ya ona məlumat verilir, ya da imtina edilir. Digər tərəfdən risklərin fərqindədirsə, bank tərəfindən lazımi miqdarda məbləğ verilməsi də mümkündür".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7158   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021