Toy etmək istəyənlər üçün VACİB XƏBƏR
Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbilə, bir sıra məhsulların, xüsusilə, ətin qiymətinin bahalaşacağı ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, yenidən bahalaşma ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.
Məsələni "Yeni Sabah"a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:
"Ətin qiyməti onsuz da bahalaşıb. Həm mal, hən də qoyun ətinin qiymətinin yay sezonunda bahalaşması müşahidə olundu. Güman etmirəm ki, sentyabr ayında toy sezonunun başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olmasını məhz bu səbəbdən müşahidə edək. Zatən, iyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə istirahətə yollanır, məzuniyyətə çıxır, müxtəlif bölgələrə üz tuturdu. Bu səbəbdən, ətin, xüsusilə, xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub".
İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:
"Sentyabr ayında toy sezonunun başlamasının ətə olan tələbatı iyun-avqust aylarındakı tələbatdan daha çox edəcəyini düşünmürəm. Amma ümumi şəkildə desək, mal ətinin bir ara ucuzlaşdığını gördük. Səbəb idxalla bağlı idi. Rusiyadan idxal olunan məhsullar var idi. Bu da qiymətin ucuzlaşmasına öz təsirini göstərdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var. Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymətlərin bahalaşmasına toy sezonunun səbəb olacağını gözləmirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR