Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?
Xalq artisti, gözəl aktrisa Səfurə İbrahimova Azərbaycan teatr və kino sənətinin ən görkəmli nümayəndələrindən biridir. Aktrisa bir zamanlar gözəlliyi ilə hər bir tamaşaçısının qəlbini fəth etməyi bacarmışdı. Lakin ömrünün son illərində tərkidünya olub, hər kəsdən uzaqlaşan sənətkar elə təklik içində də dünyasını dəyişdi. Vəfat edəndən az bir müddət sonra haqqında mətbuatda yayılan yazılarda aktrisanın bankda külli miqdarda pulunun və evinin olduğu yazılmışdı. Bəs görəsən sənətkarın var-dövləti kimə qalıb?
Xalq artisti Səfurə İbrahimovanın dayısı qızı Nailə Səlimova Moderator.az-a açıqlamasında bu haqda suala cavab verib.
"Səfurəyə baxmadılar, heç kim evinə gedib-gəlmədi. Çünki evinə heç kimi buraxmırdı. Təkcə qonşusu gedib-gəlirdi, bir də qardaşı qızı. Evinə buraxsaydı özüm gedib baxardım, yanında qalardım. Ona ana, bacı olardım. Mən sadə insanam, mehriban xasiyyətliyəm. Nədənsə bizi də evinə buraxmırdı. Nə etmək olardı? Öləndən sonra qəyyumu da çıxdı, varisi də. Qardaşının balası dedi ki, mən baxmışam bibimə. Evi də, bankdakı nə qədər pulu da həmin qıza qaldı. Səfurə xanım sonsuz idi. Biz o qohumlardan olmamışıq, onun özünü istəmişik, pulunu yox. Eşitdim ki, qardaşı qızına qalıb sevindim. O da kasıb uşaqdır" deyə sənətkarın qohumu bildirib.
Xalq artistinin qohumu onun tərkidünyalığının səbəbini də açıqlayıb.
"O illərdə teatrda aktyor-aktrisalar arasında böyük rəqabətlər, çəkişmələr olurdu. Elə indi də var. Səfurə sakit təbiətli, əxlaqlı, ləyaqətli xanım idi. Çox ciddi xasiyyətli idi. Gülməzdi, danışmazdı, özünü ağır aparardı. Görünür onun bu xasiyyəti digər həmkarlarının xoşuna gəlməyib. Ona görə də onu sevməyən aktrisalar da var idi. Teatrda ona qalib gələ bilməyənlər başqa vasitələrlə ona şər atıb, adına ləkə yaxmaq istəyirdilər. Səfurə o vaxt İncəsənət universitetinə bir uşağa köməklik edib, qəbul etdirmişdi. Bunu da digər aktrisalar biliblər. Bu hadisədən sonra götürüb ona anonim zənglər edirdilər. Biz bilirdik bu aktrisa kimdir. Zəng edib ona deyirdi ki, mən hamıya deyəcəm ki, sən rüşvət almısan. O da bu hadisədən sonra qorxmuşdu, havalanmışdı. Tərkidünya oldu. Adına təqaüd yığılırdı, gedib götürmürdü. Çünki bu hadisə onu məhv etmişdi, sağ ikən öldürmüşdü" deyə sənətkarın qohumu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naomi Kempbell Bakıda - Video
Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə
24 sentyabrSərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur
23 sentyabrFiruzə İbadova xəstəxanaya yerləşdirilib
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət
9 sentyabr"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"
Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl
20 sentyabrTacir Şahmalıoğlu əməliyyat olundu
Müğənni Tacir Şahmalıoğlu əməliyyat olunub. Bu barədə Qaynarinfo-ya sənətçinin həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, müğənni öd kisəsindən əməliyyat olunub: "Öd kisəsini götürüblər. Hazırda özünü yaxşı hiss edir". Qeyd edək ki, bir müddət əvvəl Tacir Şahmalıoğlunun səhhətində problemlə
21 sentyabrElnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12 sentyabr"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO
Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl
17 sentyabr77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabr