Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
Sabiq deputatın tikdirdiyi sanatoriyalarda bir gecənin qiyməti 5525 rubldan 7265 rubla çatıb
Kislovodsk və Pyatiqorskda mehmanxana və sanatoriyalarda bir gecənin orta qiyməti 19% artaraq 5525 rubuldan 7265 rubla çatıb.
Bu barədə "Yandex Travel" məlumat yayıb.
Bəllidir ki, Stavropol diyarında ən mühüm investorlardan biri Milli Məclisin sabiq deputatı, "Karat-Holdinq"in təsisçisi Əsabil Qasımovdur. Şirkət 2006-cı ildə yaradılıb.
Sabiq deputat uzun illərdir ki, Stavropolda turizm və kurort sahəsindəki bir çox sanatoriyalara sahiblik edir. Əsabil Qasımov Yessentuki, Kislovodsk və Jeleznovodskda böyük sanatoriyalara sahibdir. O, hələ bir neçə il öpncədən Rusiyada bir neçə sanatoriyaya sahib olub.
"Karat-Holdinq" hələ 2016-cı ilin iyun ayında Yesentukidə ümumi sahəsi 26,3 min kvadratmetr olan "İstoçnik" sanatoriyası açılıb. 340 çarpayılıq "İstoçnik " mədə-bağırsaq , tənəffüs , dayaq-hərəkət sistemləri, ürək-damar, dəri xəstəlikləri, şəkərli diabet xəstəliklərinin profilaktikası və müalicəsi aparılır. Əsabil Qasımov bu layihəyə 1,5 milyard rubl həcmində investisiya qoyduğu bildirilir. Bundan əlavə, "Karat-Holdinq" şəhərin mərkəzində oxşar profilli "İstoçnik Jeleznovodsk" sanatoriyası tikib. İstirahət mərkəzinin 2021-ci ilin sonuna kimi istifadəyə verilib və 420 nəfərə qədər qonaq qəbul edə bilər. Bu layihəyə də sabiq deputat təxminən 2 milyard rubl investisiya qoyub. Şirkət hələ 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy" sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb.
78a49426-e714-4c37-a825-1f2703d5-680x630.jpg (83 KB)
Azərbaycanlı investorun ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün bu ilin fevralında müqavilə bağlayıb. Vurğulanıb ki, bu vəsaitə 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.
"Karat Holdinq"in Rusiyada biznesi bununla kifayətlənmir. Şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları" ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, "Karat Holdinq" Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov" biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.(musavat)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 991 Tarix: 09 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr