Meymun çiçəyinin yayıldığı ölkələrə gediş-gəliş QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA

Meymun çiçəyinin yayıldığı ölkələrə gediş-gəliş QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMABu gün dünyada koronavirus pandemiyası bitməmiş meymun çiçəyi virusu yayılır. Avropa və Afrika ölkələrində yoluxma halları meymun çiçəyi xəstəliyinə yoluxma halları mövcuddur. Ötən həftə Türkiyədə meymun çiçəyi xəstələyinə ilk yoluxma faktının qeydə alındığı bildirildi və məsələ ilə bağlı araşdırmalara başlanıldı. Sonradan yayılan iddialar Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təkzib edildi.

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyi ilə bağlı hallar qeydə alınmayıb. Lakuin bu virusdan heç kim sığortalanmayıb. Tədbir görülmədiyi halda virus pandemiyaya çevrilə bilər. Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib. Amma xarici ölkələrdən gələn turistlər bu xəstəliyə yoluxa bilər və ətrafdakı insanları xəstələndirə bilər. Meymun çiçəyi nadir bir virusdur. Xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalırlar. Belə olan təqdirdə meymun çiçəyinin yayıldığı ölkələrə gediş-gəliş qadağan oluna bilər?

Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Sonxeber.az- a açıqlamasında bildirib ki, hal-hazırda dünya mətbuatın meymun çiçəyi xəstəliyi ilə bağlı xəbərlər yayılır. Bunun da təhlükəli virus olacağı hesab edilir:
Meymun çiçəyinin yayıldığı ölkələrə gediş-gəliş QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA" Bu virus düzgün müalicə edilməsə insanın həyatı bahasına başa gələ bilər. Həmin xəbərlər turizm sahəsi üçün heç də yaxşı hesab olunmur. Amma dünya bu təcrübəni daha əvvəl yaşayıb. Mən düşünürəm ki, ölkələr daha tədbirli və təcrübəli davranırlar. Bu vəziyyət genişlənməmiş lazımi tədbirlər görüləcək. Ümid edirik ki, meymun çiçəyi xəstəliyi geniş yayılmayacaq və dünyada gedən bir çox proseslərə mənfi təsir etməyəcək".

Ekspertin sözlərinə görə, turizm sahəsi iqtisadiyyatın həssas bir qoludur. İnsanlar özünü təhlükəli altında hiss edən zaman səyahətlərini ləğv edirlər və özlərini izolyasiya etməyə çalışırlar:

"Xəstəlik geniş vüsət alarsa, müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi qaçınılmazdır və bu istiqamətdə addımlar atıla bilər. Ümid edirik ki, hər şey nəzarət altındadır. Meymun çiçəyi virusu geniş yayılmamış ölkələr mümkün qədər üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə keçmiş baş verən hadisələr və qoyulan məhdudiyyətlər yenidən yaşana bilər. Bu isə turizm üçün ciddi risk deməkdir".

Onkoloq-həkim, tibb elmləri doktoru, professor və səhiyyə eksperti Adil Qeybulla isə bildirib ki, yoluxucu infeksiyalar bu gün hansısa ölkədə qeyd alınıbsa, həmin xəstəlik istənilən ölkədə yayıla bilər:
Meymun çiçəyinin yayıldığı ölkələrə gediş-gəliş QADAĞAN OLUNA BİLƏR - AÇIQLAMA" Xüsusilə meymun çiçəyi virusunun gizli dövrü təxminən 3 həftəyə yaxındır. İnfeksiyaya yoluxmuş şəxs sağlam vəziyyətdə bir ölkəyə gedə bilər və xəstəliyi yaya bilər. Bu virusdan heç bir sığortalanmayıb. Sadəcə olaraq əhali arasında maarifləndirmə tədbirlərini artırmaq və sərhədlərdə nəzarəti gücləndirmək əsas işdir. Bu xəstəliyə yoluxanlar və onların əlaqədə olan şəxslər dərhal nəzarətə götürülməli, dərhal karantin elan edilməlidir. Xəstəliklə mübarizə üsulu bundan ibarətdir. Mən düşünmürəm ki, meymun çiçəyi virusu geniş bir pandemiyaya səbəb olacaq. Hazırda bu real görünmür. Ancaq xırda epidemik ocaqlar ola bilər. Bunun da qarşısı alınmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1391   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr