"Azərbaycan-İtaliya arasındakı dostluq münasibətləri regionun sabitliyi üçün böyük töhfələr verəcək" - DEPUTAT
"İtaliya-Azərbaycan əlaqələri digər Avropa ölkələri üçün də bir nümunədir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-İtaliya arasındakı dostluq münasibətləri Avropa və Qafqaz ölkələrinin inkişafına stimul verəcəkdir:
"Cənab prezident İlham Əliyevin İtaliya səfəri regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı İtalyaya səfəri çərçivəsində çox mühüm əhəmiyyətli görüşlər keçirib. İki ölkə arasındakı yüksək siyasi dialoq beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir. Daim hər iki ölkə mühüm strateji məsələlərdə qarşılıqlı bir-birinə dəstək göstərir. Azərbaycan İtaliyanın ən yaxın strateji tərəfdaşıdır. Bu gün Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin olmasına vəsilə yaradan səbəblərdən biri də İtaliya ilə cənab prezident İlham Əliyev tərəfindən qurulan yaxın dostluq münasibətləridir. Azərbaycan demokratik dəyərlərə malik ölkədir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları qorunur. Söz və mətbuat azadlığı mövcuddur. Məhz bu səbəbdən Azərbaycan-İtaliya əlaqələri yüksələn xətt üzrə inkişaf edir" .
Deputat vurğulayıb ki, Azərbaycan-İtaliya əlaqələri regionun sabitliyi üçün böyük töhfələr verəcək:
"Fransa və digər qərb ölkələrdən fərqli olaraq İtaliya Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən münaqişənin həlli istiqamətində ədalətli yanaşma sərgiləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu əməkdaşlıq qarşıdakı illərdə də daha da güclənəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 786 Tarix: 09 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrHeydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:
26 sentyabr