48 yaşlı kişi 104 yaşlı qadına AŞİQ OLDU: Məhkəmə onların sevgisinə İNANMADI - FOTOLAR
Avstraliya Daxili İşlər Nazirliyi 48 yaşındaki Estonyalı vəkilin Mart Sesonun ölkədə daimi yaşayış icazəsi üçün müraciətini rədd edib. 48 yaşlı vəkil rəsmiləri 104 yaşlı qadını həqiqətən sevdiyinə inandıra bilməyib. Dürüst olduğuna dair and içsə də, Avstraliyada qalmaq üçün viza ala bilməyib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat verib. Özü də əslən estoniyalı olan xanım İkinci Dünya Müharibəsindən sonra Avtopadan qaçıb və Sesonun ana tərəfdən babası ilə təxminən 40 il evli olub.
Kişi 104 yaşlı nənə ilə 1996-cı ilin əvvəlində ingilis dilini öyrənmək üçün Avstraliyaya gələndə tanış olub. Qadın onu Bankstaundakı evinə dəvət edib. Nəhayət vəkil yenidən Estoniyaya qayıdıb. Lakin sonrakı illərdə o, Riti dəfələrlə görməyə gəlib və aralarındakı bağ getdikcə güclənib:
"Aramızda xeyli yaş fərqinin olduğunu bilirəm. Bəzi insanlar münasibətdə qadının qoca, kişinin isə gənc olmasını tənqid edirlər. Bu cür formalaşmış fikri dəyişdirə bilmərəm. Həyatımda nəsə əksikdi və onun Elfrida Rit olduğu fikrindən daşına bilmirəm".
2018-ci ilin dekabrında Daxili İşlər Nazirliyi Martın Ritlə münasibətlərinin gerçək olmadığını bildirib. Vəkil etiraz etsə də məhkəmə qərarı dəyişməyib. Cütlük həkimin göstərişi ilə 2022-ci ilin sentyabrında qocalar evinə köçənə qədər birlikdə yaşayıblar. Mart mütəmadi olaraq qadını ziyarət edir, şokolad və hədiyyələr alır. Onlar konsertlərdə iştirak edir, kilsəyə gedir, birlikdə televizora baxır, dostları ilə qəhvə içməyə gedirlər. Eyni zamanda 104 yaşlı Elfrida Rit davamlı şəkidə həkim müayinəsindən keçir. 13 apreldə qadın infeksiya və altsaymer xəstəliyi səbəbindən dünyasını dəyişib. O vaxtdan Mart Avstraliyada icazə ilə qala bilməyib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR