Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."

Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."Millətlər Liqası çərçivəsində keçirilən Slovakiya-Azərbaycan matçında dövlət himnimizi səsləndirən almanəsilli kubalı müğənni Karen Manafzadənin həyat yoldaşı, beynəlxalq müsabiqələr laureatı dirijor, bəstəkar və pianoçu Abuzər Manafzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edir.

- Abuzər bəy, həyat yoldaşınız Karen Manafzadənin Slovakiya-Azərbaycan matçında dövlət himnimizi səsləndirməsinin bu qədər diqqət çəkəcəyini gözləyirdinizmi?

- Öncə bildirim ki, həyat yoldaşım Karen miliyyətcə almanəsilli və kubalıdır. O, Almaniya vətəndaşıdır, ana tərəfdənsə kubalıdır. Biz beş ildən artıqdır ailə qurmuşuq. Karen artıq musiqilərimizi hər yerdə səsləndirir. O, vokalist və aktrisa kimi fəaliyyət göstərir.

Biz piano ifa edərkən tanış olmuşuq. Sonra dünyanın hər yerində mənim dirijorluğum və piano müşayiətimdə birlikdə konsert proqramı ilə çıxış etmişik. Əslində, matçda ifa həyat yoldaşımın ilk çıxışı deyildi. Bu dərəcədə diqqət çəkməyimiz d' sürpriz olmadı. Amma bu çıxış çox böyük xoşbəxtlikdir. Çünki azərbaycanlı olmayan birisinin o cür hisslərlə himnimizi səsləndirməsi və bu insanın mənim həyat yoldaşım olması özəl bir hiss doğurdu.

Azərbaycan xalqının Kareni sahiblənməsi bizim üçün qürurverici haldır. Haqqımızda sosial mediada şəbəkə istifadəçiləri inanılmaz gözəl fikirlər səsləndirirlər. Bu da bizi çox xoşbəxt edir. Buna görə də xalqımıza ürəkdən təşəkkür edirik. O, hər zaman bizim mahnılarımızı, bəstəkarlarımızın əsərlərini, opera əsərlərini səsləndirib.

Eyni zamanda Karen Azərbaycan dilində bir mahnı da yazıb, onun "Azərbaycan gözəlisən" adlı mahnısı da var. Həyat yoldaşım himnimizi bu günə qədər bir çox yerlərdə səsləndirib. Hətta biz cənab prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında ailəmizlə birlikdə konsert proqramı ilə çıxış etmişik.

Atam İslam Manafov Azərbaycanın əməkdar artisti, pianoçusudur. Bacım Turan Manafzadə əməkdar artist, pianoçu, bəstəkar və Azərbaycanın ilk xanım dirijorlarından biridir. Anam Şükufə Manafova da pianoçu və piano müəlliməsidir. Mən isə Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Dirijorluq fakültəsinin ilk azərbaycanlı tələbəsiyəm.

Karenlə biz burada tanış olmuşuq və Avstriyada da toy mərasimimiz olub. Bakıda da toyumuz olub.

- Karen xanım Azərbaycan dilini bilir?

- biz Karen ilə evləndikdən sonra Azərbaycan dilini özəl müəllimdən öyrənməyə başladı. O, çox çalışqan insandır, səhər saat 5-də oyanıb dilimizi öyrənib. Musiqi səsləndirəndə isə mən və ailəm dəstək oluruq. Bu çıxış Slovakiya Futbol Assosiasiyasının Azərbayacana bir jesti idi. Onlar Azərbaycanın Slovakiyadakı səfirliyinə müraciət ediblər və himnimizin kimin tərəfindən ifa edilməsi haqqında maraqlanıblar.

Səfirliyimizin əməkdaşları isə tanınmış musiqiçi kimi mənə müraciət etdilər. Çox sağ olunlar. Mən də cavablandırdım ki, mənim həyat yoldaşım da himnimizi ifa edə bilər. Dəfələrlə himnimizi ifa edib, amma azərbaycanlı deyil. Onlara videoları göndərdik və qəbul etdilər.

Həyat yoldaşım da böyük qürur və məmnuniyyətlə təklifi qəbul etdi. Biz birlikdə çıxış etdik. Həmin an mənim gözlərim doldu. Çünki himnimiz dünyanın ən gözəl himnlərindən biridir. Böyük xoşbətliklə orada çıxış etdik.

- Bir neçə ölkədə Karen xanımla konsert proqramı ilə çıxış etdiyinizi açıqladınız. Maraqlıdır ki, Qarabağda da konsert verməyi düşünürsünüzmü?

- Biz Bakıda konsert proqramı ilə çıxış etmişik. Əlbəttə, təkrar ölkəmizdə konsert proqramı ilə çıxış etməyə şad olarıq. Qarabağ işğaldan azad edilən zaman həyat yoldaşımın hansı hissləri keçirdiyini sizinlə paylaşmaq istəyirəm. Çünki himni səsləndirdikdə necə ürəkdən ifa edirdisə, inanın ki, hər bir şəhərimizin işğaldan azad edilməsi xəbərini eşitdikdə də həmin hissləri keçirib. Biz bir-birimizə sarılıb sevincdən ağlayırdıq. Mən hələ də bu haqda danışanda kövrəlirəm. Bu bizim üçün çox özəl hisslərdir.

Həyat yoldaşımın Azərbaycana qarşı sevgisi məni həqiqətən təəccübləndirir və inanılmaz xoşbəxt edir. Mən diasporanın dəvəti ilə Şuşada olmuşam. Şuşanı görmüşəm və çox şükür ki, doğma torpağımızı görmək bizə nəsib oldu. Amma həyat yoldaşımla hələ ki Qarabağa birlikdə getmək qismət olmayıb. Amma ümid edirəm ki, ən yaxın zamanda həyat yoldaşımla nəinki Qarabağı ziyarət etmək, həm də orada konsert proqramı ilə çıxış etmək şansımız olacaq.

- Həyat yoldaşınız Azərbaycan mahnılarından hansını sevir?

- Tam mahnının adını dəqiq deyə bilmirəm. Çünki o, bir çox Azərbaycan mahnılarını sevir və səsləndirir. Əlbəttə, himnimiz bunların arasında çox özəl bir yer tutur.

- Atanız İslam Manafov da Türkiyədə fəaliyyət göstərir. Bu haqda da məlumat verməyinizi istərdik.

- Atam İslam Manafov bu günə qədər keçmiş Sovet İttifaqı ölkələri, Azərbaycan, Türkiyə və Avropanın bir çox ölkələrində konsert proqramı ilə çıxış edib. Bir çox orkestrlər qurub və idarə edib, dəyişik formalarda əsərlər bəstələyib, musiqinin özəlliklə uşaqlara və gənclərə tanıtımına yönəlik yaratdığı layihələr ilə musiqi ictimaiyyətinin böyük təqdirini qazanıb.

Onu da nəzərinizə çatdırım ki, bu aydan etibarən atam Azərbaycanın bütün şəhərlərində "Yüz konsert" proqramı ilə çıxış edəcək. Xalqımızı konsertdə görməkdən çox məmnun olarıq.
Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."Himnimizi səsləndirən Karenin həyat yoldaşı: "Əliyevlə Ərdoğanın qarşısında..."


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1152   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kadir İnanırın həyat yoldaşı göz yaşı tökdü: "Bir gün mütləq, sevgilim..."

Türk kinosunun unudulmaz aktyoru Kadir İnanır son mənzilə yola salınır. xəbər verir ki, sənətkar üçün vida mərasimi İstanbuldakı Harbiye Muhsin Ertuğrul səhnəsində keçirilir. Mərasimdə çıxış edən Kadir İnanırın 27 illik həyat yoldaşı, aktrisa Jülide Kural göz yaşlarını saxlaya bilməyib. O, həyat yoldaşını

28 iyun
.

Elgiz Əkbərə ağır itki

Aparıcı Elgiz Əkbərə ağır itki üz verib. Axşam.az agdash.tv-yə istinadən xəbər verir ki, aparıcının anası Xuraman xanım vəfat edib. Allah rəhmət eləsin!

1 iyul
.

Ece İrtemin ölümü ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlandı

35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin ölümünün ilkin səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, ekspertiza nəticələrinə görə aktrisanın bədənində zorakılıq, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izə rast gəlinməyib. Bildirilib ki, nəticələr Ecenin infarktda

5 iyul
.

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Ötən gün dunyasını dəyişən Türkiyənin sevilən aktyoru Kadir İnanır sabah İstanbulda torpağa tapşırılacaq. xəbər verir ki, bu barədə mərhum sənətkarın qardaşı oğlu Levent İnanır açıqlama verib. O, əmisinin gec dəfn olunmasını dəbdəbəli vida mərasiminin təskili ilə əlaqələndirib. "Kadir İnanırın milyonlarl

27 iyun
.

Hadise və CeyLo bir arada

Türk müğənni Hadise ilə dünya şöhrətli müğənni Cennifer Lopez Paris Moda Həftəsi çərçivəsində keçirilən tədbirdə bir araya gəlib. OLAY yazır ki, ikilinin səmimi söhbətləri diqqət çəkərkən, onların iddialı geyim tərzləri moda dünyasında böyük maraq yaradıb

9 iyul
.

Zeynep Bastık evlənir: Toy tarixi məlum oldu

Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca

6 iyul
.

İbrahim Tatlısəsin son halı

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin müalicə aldığı Ankara Bilkent Şəhər Xəstəxanasından yeni fotosu paylaşılıb. xəbər verir ki, əməliyyatdan sonra fiziki reabilitasiya müalicəsinə başlayan sənətçi xəstəxananın həyətində görüntülənib. Paylaşılan fotoda İbrahim Tatlısəsin olduqca şən və yüksə

3 iyul
.

Əməkdar artist: "O qazancla ailəmə baxa bilməyəcəkdim, müğənni oldum"

"Mən ixtisasca iqtisadçıyam, o sahə üzrə də bir müddət çalışdım. Gördüm ki, 10 uşağıq, hamımız ehtiyac içində idik. Sahəmi dəyişməyə qərar verdim. O qazancla ailəmə baxa bilməyəcəkdim. Anamdan-atamdan xeyir-dua aldım". xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı"

30 iyun
.

Deniz Baysal boşanır

Türkiyənin tanınmış aktrisası Deniz Baysal bu dəfə rol aldığı layihə ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, 2019-cu ildə "Kolpa" qrupunun solisti Barış Yurtçu ilə ailə quran aktrisa həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb. Bildirilir ki, Baysa

9 iyul