Fədayədən Tacirlə bağlı AÇIQLAMA:"Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?'

Fədayədən Tacirlə bağlı AÇIQLAMA:"Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?'Müğənni Tacir Şahmalıoğlu və Fədayə Laçın bir araya gəlib.

İfaçılar Rusiyada toy məclisində görüşüblər. Fədayə Tacirin videosunu yayımlayıb. Sənətçilərin uzun illər küsülü olduğu vurğulanıb.

Moderator.az-a açıqlama verən Fədayə Laçın bütün bu yayılan söz-söhbətləri şayiə adlandırıb.

"Biz heç vaxt küsülü olmamışıq. O nə söhbətdirsə bilmirəm. Hər dəfə bizi birgə toyda, məclisdə görəndə o dəqiqə yazırlar ki, barışıblar. Nə vaxt dalaşdığımızı bizə desinlər! Nə vaxt dalaşmışıq? Nə vaxt Tacirlə problemim olub?! Mən Tacir haqda nə vaxt pis bir söz demişəm?! Və yaxud o mənim haqqımda nə vaxt pis danışıb?! Deyibsə mən nə cür reaksiya vermişəm?! Mən dalaşmışammı? Yoxsa boş vermişəm?! Biz heç vaxt dalaşmamışıq. Mən problemli adam deyiləm. Tacir mənim xətrimi, mən də onun xətrini çox istəyirəm. Adamın üstündə Allah var. Tacir nə vaxt məni görübsə həmişə mehribanlıqla qarşılayıb, toyumuzu, məclisimizi yola vermişik. Deyib gülə-gülə, zarafatla, ləzzətli oxuya-oxuya, sənətimizlə camaatın sevgisini qazana-qazana. Bizim duetlərimizi hamı sevir. Birlikdə oxumağa 1998-ci ildən başlamışıq. 1998-ci ildən bu yana bizi hamı toylarında duet ortağı olaraq görmək istəyir. Taciri Bakıdan, məni isə Moskvadan Nijni-Novqorod şəhərinə dəvət etmişdilər. Gözəl müğənnimiz Afət Fərmanqızı da orada idi. O da bizim sənətimizi dəhşət çox istəyir. Mən də onun bu xasiyyətinə görə onu çox istəyirəm. Onunla birlikdə nə qədər toylara düşmüşüksə hər zaman hər yerdə durub deyib ki, Fədayə sənətkardır. Mikrofonu əlinə götürüb ünvanıma gözəl sözlər deyir. Mən də Tacirin Afətlə oxuduğu dueti paylaşmışdım" deyə müğənni bildirib.

"Tacir Şahmalıoğlu ilə yenidən yaradıcılıq yollarınız kəsişə bilər?" sualına müğənni belə cavab verib.

"Xeyr. Biz yalnız toylarda, el şənliklərində bir araya gəlirik. Biz oxuyanda insanlar sanki konsertə gəlmiş kimi davranırlar. Hamı deyir ki, oxuyun dinləyək. Kaşki musiqini anlayan insanlar daha çox olardı. Allah el-obamızı, millətimizi qorusun" deyə müğənni bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1696   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr