"Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır" - FOTO

"Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır" - FOTO"Bilirsiniz ki, artıq bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Yorğan-döşəyə düşmüşəm. Görək başımıza nə gəlir? Buna görə də efirlərə çıxa bilmirəm. Gedə bilmirəm. Evdə darıxıram, amma nə edə bilərəm? Hər yerim ağrıyır. Havalar da pis təsir edir. Yəqin ki, vaxt gəlib çatıb artıq..(kövrəlir)"

Sonxeber.az bildirir ki, bunu Moderator.az -a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib.

"Mən Azərbaycanda yeganə qadın xalq artistiyəm ki, tarzənəm. Amma mənə "Şöhrət" ordeni verilmədi. Arzum bu idi. Nə qədər məktublar da yazdım. Cavab gəldi ki, baxılacaq. Yəqin ki, mən öləndən sonra verərlər. Bilmirəm hansı səbəbə unudulmuşam?! Qalan problemim yoxdur. Mən görürəm ki, bu ordeni elə bir ucdan hamıya verirlər. Xalq artistləri Flora Kərimova, Səkinə İsmayılova da "Şöhrət" ordeni aldı. Halal xoşları! Mən bir söz demirəm. Onlar müğənnidirlər, mən isə pedaqoq sənətkaram. Mən Azərbaycanda qızlarla yeganə ansambl yaratmışam. Yetişdirmələrim əməkdar, xalq artistləridir. Onlarla qürur duyuram" deyə sənətkar bildirib.

Ceyran Haşımova bildirib ki, sənət adamları çox vəfasızdırlar.

"Mən Asəf Zeynallı adına Musiqi məktəbində müəllim işləyəndə Zeynəb Xanlarova orada tələbə idi. İndi heç bir münasibətim yoxdur. Nə münasibət qalacaqdı? Mən şöbə müdiri idim. Tələbələr Zeynəbdən gəlib mənə şikayət də edirdilər. Yanıma çağırıb başa salırdım ki, belə olmaz. Amma Heç kimin yadına düşmürəm! Onlar məni yada salmalıdırlar da! Yada salmırlar. Mənim 90 yaşım var. Heç kimdən də incimirəm. Hər kəsin öz problemləri var. Vəfasızları da var, vəfalıları da var! Elələri var ki, heç mən adda adam tanımırlar. Müğənniləri dənizə atsanız balıqlar baş vurub ordan çıxar. Onların 90 faizi vəfasızdır" deyə sənətkar bildirib.

"Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3828   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır

Türkiyənin məşhur müğənnisi Simge Sağın on günlər mahnıları və səhnə çıxışları ilə deyil, ona göndərilən sirli güllərlə gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, Müğənniyə artıq üç həftədir kimliyi məlum olmayan bir şəxs tərəfindən hər həftə 101 qızılgül göndərilir. Beləliklə, Sağın indiyədə

24 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu

Aparıcı Sərxan Kərəmoğlu Rusiyaya girişinə "stop" qoyulduğunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son iki ay ərzində Rusiyaya gedə bilmir:. "Son 2 ay Rusiya Federasiyasına girişim imkansızdır. Artıq vəkillər məşğul olur

23 sentyabr