Rusiyada idmançını döyən azərbaycanlının cəzası bəlli oldu
Rusiyanın Moskva şəhərinin Presnenski Rayon Məhkəməsi MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şvedin döyülməsi işi üzrə azərbaycanlı Yusif Miraşurovu üç il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının paytaxtının ümumi yurisdiksiya məhkəmələrinin "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Miraşurov qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinib. O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək. Həmçinin, Miraşurova 500 min rubl (təxminən 9 300 manat) məbləğində cərimə də kəsilib.
Xatırladaq ki, Aleksey Şved 2023-cü ilin mayında döyülüb. Dava basketbolçunun səs-küylü gənclər qrupuna irad bildirməsindən sonra baş verib. İdmançı kəllə-beyin travması alıb və Moskva klinikasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Hadisədən sonra Knyaz Əmiraslanov və onun qardaşı Elsevər Əmiraslanov, eləcə də onların sürücüsü Yusif Miraşurov idmançıya hücumla bağlı üç ay müddətinə həbs ediliblər. İstintaq Komitəsi işdəki bütün materialları təhlil edərək Əmiraslanov qardaşlarının əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Onlar həbsdən azad edilib. İş üzrə yeganə təqsirləndirilən şəxs Miraşurov qalıb, qalanları isə iş üzrə şahid olublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 726 Tarix: 13 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ
Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət
30 martArıqlamaq üçün qəhvəni bu vaxtlarda için
Qəhvə arıqlama prosesinə təsir göstərir. Lakin bu, yalnız onu düzgün vaxtda içdikdə mümkün olur. Qəhvə arıqlamaya necə təsir edir?. xəbər verir ki, qəhvə və onun tərkibindəki maddələr aşağıdakı yollarla çəkinin azalmasına və ya qorunmasına kömək edə bilər:. Həftədə orta miqdarda (1-7 fincan) qəhvə içmə
30 martCabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO
Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"
31 martMasazırda günlərdir niyə su yoxdur? - Açıqlama
Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır. Bu şikayətlə "Qafqazinfo"ya qəsəbə sakinləri müraciət ediblər. Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizat
30 martBu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...
İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə
29 martMay ayında 14 gün İŞ OLMAYACAQ
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın
31 martŞirvanda evdə partlayış - Ağır yaralı var+Video
Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanı
30 mart