Papikyan bu ölkələrə GÖZÜNÜ DİKDİ: Azərbaycan silah arsenalını YENİLƏYƏCƏK? - ŞƏRH

Papikyan bu ölkələrə GÖZÜNÜ DİKDİ: Azərbaycan silah arsenalını YENİLƏYƏCƏK? - ŞƏRHMəlum olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfər edib. Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Burada daha çox tankların alınması nəzərdən keçilir. Ermənistanın silah almaq istədiyi ölkələr arasında Yaponiyada var.

Vətən müharibəsi zamanı ordumuz Ermənistanın hərbi texnikalarını darmadağın edib, yerdə qalanlar isə qənimət kimi götürülərək Hərbi Qənimətlər Parkına yerləşdirilb. Bu gün dövlət tərəfindən müasir ordunun yaradılması istiqamətində ciddi işlər görülür. Müharibədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Amma Ermənistan tərəfi hələ də yaşananlardan dərs çıxarmaq niyyətində deyil. Hər keçən gün yeni hərbi texnikaların əldə olunması üçün qərbdən xeyli miqdarda maliyyə yardımı alır.

Belə olan təqdirdə Azərbaycanın silah arsenalının yenilənməsinə ehtiyac varmı? Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert səxavət Məmməd deyib ki, Ermənistanın silahlanmasına diqqət yetirsək ilk növbədə müqavilələr imzalayır. Amma həmin silahlar hələ Ermənistana gəlib çatmayıb:

"Ermənistana yaxın dövlətlər gələcək üçün onun müdafiə qabiliyyətini gücləndirməyə çalışırlar. Bununla yanaşı, Ermənistan bu gün həmin ölkələrdən hücum silahları da alır. Bu regionda silah yarışını başlatmış olur. Regionda silahının başladılması Ermənistan tərəfindən gəldi. Bu gün həmin silahların alınmasına böyük vəsait lazımdır. Azərbaycana qətiyyən silahlanma lazım deyil. Hazırda Qarabağda bərpa quruculuq işləri aparılır. Həm müharibəyə hazırlaşma, həm də silahların alınması və böyük tədbirlərin keçirilməsi dövlət büdcəsinə ağır yükdür. Bir ölkənin iqtisadiyyatı buna dözə bilməz".

Ekspertin sözlərinə görə, amma bəzi məsələlərdə silahların yenilənməsinə ehtiyac var. Ermənistanın aldığı Sezar haubitsalar var ki, o haubitsalara qarşı Azərbaycanda almağa çalışdı. Çexiya istehsalı olan DİTA haubitsaları alındı. İkisinin oxşar və fərqli cəhətləri olsa da, döyüş meydanında effektiv olacağını indidən demək çətindir:

"Sezar Haubitsası isə müasir texnologiyalar üzərində qurulub. Azərbaycan tərəfi aviasiya parkını yeniləməyə - JF-17-lər almağa çalışır. Hətta bununla bağlı Pakistanla müqavilə imzalanıb. Hər iki tərəf müharibədən sonra öz iqtisadiyyatını orduya yönəldib. Bu ölkədə müəyyən problemlər yaradır. Biz indiki məqamda bunların şahidi oluruq. Ermənistana Avropa İttifaqı yaxud Amerika maliyyə ayıran kimi dərhal silah almaq üçün müqavilə bağlayır. Maraqlıdır ki, müqavilə ayrılan pulun miqdarı ilə bağlanır. Konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı kimlər maraqlıdırsa, onlar Ermənistanın yanındadır. Faktiki olaraq, bu məsələ Rusiya, Amerika, NATO savaşının bir tərkib hissəsidir. Görünən odur ki, proses daha da ağırlaşacaq".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1262   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr