Dünya Müharibəsi yenidən GÜNDƏMDƏ – "Rusiya ilk olaraq bu ölkələri VURACAQ" – ADLAR

Dünya Müharibəsi yenidən GÜNDƏMDƏ – "Rusiya ilk olaraq bu ölkələri VURACAQ" – ADLARRusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadənin NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcəyini söyləyib.

Bunu Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

Bununla da Vladimir Putin ilk dəfə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya yüksək dəqiqliyə malik Qərb silahları ilə zərbələr endirməyə icazə verəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Prezident bildirib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.

Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək.

Rusiya liderinin bu açıqlaması isə dünya müharibəsi ehtimalını gündəmə gətirib.

Bəs, Qərb xəbərdarlığa məhəl qoymasa, Rusiya NATO ölkələrini vuracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədli düşünür ki, Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsilə müharibənin forması və qaydaları dəyişəcək:

"Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi, daha dəqiqi Qərbin, NATO ölkələrin hərbi strukturlarının Ukraynada yerləşdirəcəyi bu raketlər vasitəsilə Rusiyanın dərinliklərindəki şəhər və qəsəbələrə, strateji, hərbi obyektlərə zərbələr endirməsi birmənalı olaraq müharibənin formasını, qaydalarını dəyişəcək. Belə bir hadisə baş verərsə, Rusiyanın adlandırdığı kimi xüsusi hərbi əməliyyat deyil, bu artıq müharibə formasına keçəcək.

Burada ilk növbədə zərər görəcək tərəf də Ukrayna olacaq. Çünki Ukraynanın atacağı raket zərbələrinə Rusiya tərəfindən adekvat cavablar veriləcək. Kreml öz arsenalındakı uzaqmənzilli və qitələrarası raketlərdən istifadə etməklə özünə qarşı olan qüvvələrə zərbələr endirəcək".

İlk hədəf Polşa və Rumıniyadır?

Həmsöhbətimiz qeyd edir ki, bu zaman Rusiyanın zərbələrinə tuş gələcək ölkələr sırasında NATO dövlətləri, ilk növbədə təchizatı təmin edən Polşa və Rumıniya da yer ala bilər:

"Amma ən gərgin vəziyyətə Ukrayna düşəcək. Hesab edirəm ki, Kremllə mübarizənin əsas forması Ukrayna ərazisindəki Rusiya ordusu hissələrini sıradan çıxarmaqdan ibarət olmalıdır. Rusiyanın mövcud vəziyyətdə hansı NATO ölkəsinə zərbə endircəyini birmənalı olaraq söyləmək mümkün deyil. Hər halda təchizatı təmin edən istiqamətlərə zərbələr endiriləcək. Ehtimal ki, bu ölkələr də Rumıniya və Polşa olacaq".

Ekspertin fikrincə, Ukrayna hərbçiləri uzanmənzilli raket komplekslərindən istifadə etməyə hazır deyillər:

"Onların belə mütəxəssisləri yoxdur. Deməli, bu raketlərdən istifadəni təmin edən tərəf NATO-ya üzv ölkələrin hərbi qulluqçuları olacaq. Bu da de-fakto və rəsmi şəkildə NATO-nun Ukraynada iştirakı demək olacaq. Putin də buna işarə etməklə vəziyyətin hansı mərhələyə gedəcəyinə işarə edib".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1400   Tarix: 13 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

İran prezidenti ABŞ-ı bununla günahlandırdı

İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo

25 sentyabr
.

Tramp Si Cinpinə qartal heykəli hədiyyə etdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini

25 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr